Dollardan imtina etmək mümkündürmü? - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 612
10 okt 2018 | 20:50
Dollardan imtina etmək mümkündürmü? - TƏHLİL













ABŞ valyutasından imtina edəcəyini bəyan edən və bununla əlaqədar müvafiq mexanizm üzərində işlədiyini açıqlayan ölkələrin sayı getdikcə artır. Əvvəl bu söhbət Rusiya ilə Çin arasında ortaya atılmışdısa, sonradan Türkiyə-Rusiya, İran-Rusiya-Türkiyə, İran-Rusiya və ayrı-ayrı ölkələrin də aralarında olmaqla, həmçinin, əlahiddə şəkildə də eşidilməyə başlandı.
Bir sözlə desəm, hansı ölkənin Vaşinqtonla siyasi münasibətləri dalana dirənirsə, dərhal dollardan imtina edəcəyi haqda açıqlama eşidirik. Yəni, bu, adi hala çevrilib.

Yeri gəlmişkən, iş nə yerdədirsə, Avropa Birliyi rəhbərliyi də keçən ay bəyan etdi ki, gələn ildən avrodan istifadəni genişləndirmək məqsədilə xüsusi tədbirlər planı həyata keçirəcək. Söhbət avronun dünya maliyyə səhnəsində əhəmiyyətini yüksəltmək üçün əlavə tədbirlərdən gedir. Bəs, bu, mümkündürmü? Niyə hamı ABŞ dollarından istifadə edir? Bu, məcburidirmi?

Bəri başdan qeyd edim ki, yuxarıda adlarını çəkdiyim ölkələrin qarşılıqlı ticarət əlaqlərində yerli valyutadan istifadə istəklərinin və yaxud cəhdlərinin real nəticə verəcəyinin qeyri-mümkün olduğunu dəfələrlə açıqlamışam. Ümumiyyətlə, milli valyutalarla ticarət üçün konkret mexanizm mövcud olmalıdır, bunu yaratmaq isə mümkün deyil. Odur ki, siyasətçilərin sözügedən məsələni sözdə ifadə etmələri hələ onun reallaşması demək deyil.

ABŞ dollarından imtina məsələsi Çin və Rusiya tərəfindən ara-sıra uzun müddətdir, gündəmə gətirilirdi. Bu ölkələrin iqtisadi potensialı, ticarət və iqtisadi əlaqələri, əməliyyatları kifayət qədər yüksək həcmlərdə ölçülsə də, hələ də ortaya konkret bir mexanizm qoymaq mümkün olmayıb. Çünki belə bir mexanizm hazırlansa da belə, ciddi şəkildə iqtisadi baxımdan əsaslandırılmağa məhkumdur.

ABŞ dolları dünya valyutası rolunu oynayır. Və bunu da, heç bir hər hansı inzibati qərarla müəyyənləşdirməyiblər. Dolların dünyadakı hökmran mövqeyini ABŞ-ın iqtisadi gücü şərtləndirir. Dünya üzrə Ümumi Daxili Məhsulun 30%-i ABŞ-da istehsal olunur. Yəni, dolların arxasında belə bir qüdrətli iqtisadiyyat dayandığı üçün o, dünya valyutası rolunda çıxış edir. Adlarını çəkdiyim ölkələrin heç birinin iqtisadiyyatı ABŞ iqtisadiyyatı ilə müqayisə oluna bilməz.

Bundan əlavə, dünya üzrə bütün maliyyə ehtiyatlarının 63%-i hazırda ABŞ valyutası olan dollarla ölçülür. Və yalnız 20%-dən bir az çox hissəsi Avropa valyutasında saxlanılır. Yerdə qalan hissəsi Böyük Britaniya, Yaponiya və Çin valyutasıyla ifadə olunur.

Məsələn, götürək, Çin yuanından istifadə imkanını... Çin iqtisadiyyatının özü ABŞ bazarından asılı vəziyyətdədir. Belə olan vəziyyətdə Çin - ABŞ dollarını dünya valyutası kimi qəbul edən ilk ölkələrdən biridir. Bu ölkələrin iqtisadiyyatları çox sıx şəkildə bir-birilə bağlıdır. Belə şəraitdə Çin yuanına istinad dolayı yolla yenə ABŞ dollarından asılılıq yaratmayacaqmı?

Və yaxud, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin Avropanın enerji daşıyıcıları idxalının 80%-ni dollarla ödəməsini “absurd” adlandırmasını xatırlatmaq istərdim. Sözügedən 80%-in yalnız 2%-i ABŞ-ın payına düşür. Eyni zamanda, Yunker Avropa aviaşirkətlərinin Avropa təyyarələrinə görə də dollar ödəməsini absurd hesab etdiyini demişdi. Sual olunur ki, dünya üzrə bütün enerji daşıyıcıları, ümumiyyətlə, strateji məhsullar məgər, məhz Amerika valyutası ilə alınıb, satılırmı?

Son olaraq, bir məlumata da toxunmağı lazım bilirəm. Belə ki, Rusiya hökumətinin ölkə iqtisadiyyatının ABŞ valyutasından asılılığını azaltmaq məqsədilə xarici ticarət əməliyyatları zamanı hesablaşmaların milli valyutalar ilə aparılmasını stimullaşdırmaq və işlək mexanizm yaratmaq üzərində işlədiyi bildirilib ki, belə çıxır, Moskva bu məsələdə artıq, konkret addım atmaq iddiasındadır.

Ancaq Rusiyanın özünün də dollardan hansı mexanizm əsasında imtina edəcəyi məlum deyil. Bəli, deyilir ki, qanun layihəsi hazırlanır. Ancaq qanunda bu məsələnin necə təsbit olunacağı bəlli deyil. Rusiya hökumətinin özü tərəfindən də dollar hesablaşmalarından imtina edilməsi və ölkəyə dollar gətirilməsinin qadağan olunmasının planlaşdırmadığı bildirilib. Çünki inzibati metodlarla buna nail olmaq əsla, mümkün deyil.

Söhbət xarici ticarət əməliyyatlarından gedir. Bu da çox mücərrəd bir mövzudur və istəkdir. Tutaq ki, Rusiya-Azərbaycan qarşılıqlı ticarət əlaqələrini və yaxud mal dövriyyəsini dəyərləndirmək istəyirik. Bunu manatla, yoxsa rublla ifadə ediləcək? Məsələn, hər hansı bir sahibkarımız Rusiyada öz malını satıb, xeyli vəsait əldə edib və bunu yığıma yönəltmək istəyir. Hansı valyutaya üstünlük verəcək? Rubla, yoxsa manata? Təbii ki, dollara... Eyni ilə də, rusiyalı iş adamları bizdə qazandıqlarını dollarla haqq-hesab edəcəklər.

Daha bir məqam... Manat rubldan bahadır. Sual edirəm, niyə? Rusiya iqtisadiyyatı bizimkindən dəfələrlə böyükdürsə, bu, necə olur? Təbii ki, bu ABŞ dollarına görə belədir. Belə ki, 1 ABŞ dollarının ölkəmizdəki alış gücüylə, Rusiyada alış gücü eyni deyil.

Bax, bu kimi məsələlər Rusiyada qəbul olunacaq qanunla necə tənzimlənəcək, bəlli deyil. Uzaqbaşı, sözügedən qanun lahiyəsində yazılacaq ki, filan-filan əməliyyatlar rublla aparılsın və sair... Amma misal üçün, mənim Rusiyada rublla qazandıqlarımı ABŞ valyutası ilə ifadə etməyimə və saxlamağıma bu qanun məhdudiyyət qoya bilərmi?
Xeyr.
Bu, eyni zamanda, ölkələrarası ticarət və iqtisadi əlaqələrə də aiddir.
AzVision.az
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ