Çin iqtisadiyyatı çökərsə…
Iqtisadiyyat
Oxunub: 571
3 noy 2018 | 14:17
Çin iqtisadiyyatı çökərsə…















Vüqar Bayramov: “Bütövlükdə dünyada iqtisadi böhran baş verə bilər”
Çinlə ABŞ arasında başladılan ticarət müharibəsi dünyanın ikinci böyük iqtisadiyyatı ilə bağlı neqativ proqnozları getdikcə artırmaqdadır. Beynəlxalq analitiklər Çinin ciddi iqtisadi böhranla üz-üzə olduğuna dair daha tez-tez proqnozlar verirlər.

Məsələ burasındadır ki, sürətlə böyüyən Çin iqtisadiyyatında artımın dayanacağı, inkişafın böhranla əvəz olunacağına dair fikirlər son onillikdə daim səsləndirilib. Həmin fikirlərə rəğmən, Pekin öz iqtisadi qüdrətini artırmağa davam edib. Lakin son 3 ildə Çin iqtisadiyyatında qeydə alınan tendensiyalar “məğlubedilməzin” ciddi problemlərinin yarandığından xəbər verir.

Belə ki, Çin iqtisadiyyatından gələn bəzi siqnallar analitik mərkəzlər tərəfindən böyük böhranın əlamətləri kimi qiymətləndirilir. Sonuncu belə qiymətləndirməni Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) valyuta müharibələri müşaviri Ceyms Rickards “The Daily Reckoning” mətbu orqanındakı məqaləsində qeyd edib(Avropa.info). Onun fikrincə, 2019-cu ildə dünyanı böyük iqtisadi böhran gözləyir və buna Çin iqtisadiyyatında baş qaldıran problemlər səbəb olacaq və Çində formalaşan borc problemi yaranacaq. C.Rickards bildirir ki, son illərdə Çində iqtisadi artımı şərtləndirən tikinti və infrastruktur layihələri külli miqdarda borclanmalar hesabına reallaşdırılıb: “Bu investisiyalar borcla olduğundan həmin borclar geri qaytarılmır. Başlanğıcda bu investisiyalar qısamüddətli işlər yaratmaq, sement, şüşə və polad kimi sektorlara dəstək təmin etmək üçün yaxşı idi, ancaq bu, davamlı bir model oldu. İnfrastruktur sərmayələri istifadə edilmədiyindən lazımi gəliri yarada bilmədi. Çinin uğuru yüksək əlavə dəyərli texnologiya istehsal etməsinə və istehlakı artırmasına bağlıdır. Daxili istehlakı artırmağa diqqət yetirməsi nəticəsində tikinti və infrastruktur investisiyalarının azalması anlamına gəlir ki, bu da bütövlükdə iqtisadiyyatın ləngiməsi deməkdir”.



Təkcə Çin banklarının dollarla borclarının 318 milyard dollar səviyyəsinə çatdığını bildirən Rickards vurğulayıb ki, bu pul yuana çevrilib və tikinti layihələrinə, ya da yerli şirkətlərə köçürülüb. Nəticədə bankların əlində geri ödəmək üçün dollar qalmayıb. Ekspert hesab edir ki, FED-in siyasəti də prosesə “duz, istiot” funksiyasını oynayır. Rickards Çindəki vəziyyətin, əslində, FED-in faiz qənaətcilliyi və bazardan dollar çəkmə siyasətlərindən qaynaqlandığını bildirib. 2008-ci il böhranında Amerikanın batan bank sistemini xilas etmək üçün FED-in təxminən 3.6 trilyon dollar çap etdiyini deyən Rickards bildirib ki, bu valyuta dünya miqyasında 70 trilyon dolların üzərində kredit yaradıb.

Rickardsın fikrincə, artıq Çin iqtisadiyyatında iflas prosesinə başlayıb: “Çində uzun müddətdir şişən borc şarı artıq partlama səviyyəsinə çatıb. Artıq iqtisadiyyat zəifləyir, borclar artır və borclarını ödəmək üçün ən çox dollar qazanmaları olduğu bir dövrdə çinli ixracatçılar Trampın ticarət müharibələrinin zərbələrinə tuş gəlir. İflasın arealı günbəgün dərinləşir. Bəzi böyük holdinqlər iflasa uğradıqlarını bəyan edib. Bunun nəticəsində çinli dövlət rəhbərləri iqtisadiyyatın ləngiməsindən təşvişə düşməyə başlayıblar. Pekin kredit tranşını yenidən açıb faizləri aşağı saldı, banklardakı reytinq faizlərini qaldırdı və daha çox borcla maliyyələşdirilən infrastruktur investisiyalarının önünü açdı. Əlbəttə, bu müvəqqəti bir həll yoludur. Pekin borc böhranını təxirə salmağa çalışır. Bu da vəziyəti daha pis vəziyyətə gətirib çıxaracaq. Bu nəhəng borc böhranı, yəqin ki, 2019-cu ildə Çini bütün gücü ilə vuranda dünyanın digər ölkələri də öz payını alacaq”.

Onu da qeyd edək ki, bu, son bir ayda Çin iqtisadiyyatında gözlənilənm böhranlar bağlı ilk xəbərdarlıq deyil. Beynəlxalq analitik mərkəzlərin rəyinə görə, Çini gözləyən ən böyük təhlükə borclar problem və kredit riskləridir. Belə ki, ABŞ-ın başlatdığı ticarət müharibəsi daxili fond bazarında satışların həcmini kəskin artırmaqla yuanın dollar qarşısında dəyərsizləşməsini sürətləndirib. Bundan əlavə, Çində qeyri-maliyyə sektorunun borcları rekorda həddə – ölkə ÜDM-nin 261, 2 faizinə çatıb.

Analitiklər hesab edirlər ki, Pekinin dövlət borcları ilə bağlı rəsmi açıqlamaları real vəziyyəti əks etdirmir. Belə ki, Standart & Poor agentliyinin hesablamalarına görə, Çin yerli hökumətlərinin 5,8 trilyon dollarlıq borcları rəsmi dövlət borcuna daxil edilməyib.

S&P agentliyinin ekspertləri hesab edirlər ki, əyalət hökumətlərinin balansdankənar borclanmasının kəskin artımı ölkədə yeni defoltların meydana çıxmasına səbəb ola bilər. Agentliyin eksperti Qloriya Li bildirir ki, bu borclanma nəhəng kredit riskləri yaradır.

Citigroup Inc.-in Çin üzrə baş iqtisadçısı Lyu Li-Han isə hesab edir ki, “bazarlar haqlı olaraq Çin borcunun etibarlılığı və maliyyə risklərinin güclənməsi barədə daha çox narahat olurlar”. Onun fikrincə, risklərin güclənməsi onsuz da zəifləməkdə olan yuana təzyiqləri artırır.

Oktyabrın son ongünlüyündə ABŞ prezidenti Donald Trampın bütün Çin mallarına rüsum tətbiq edəcəyinə dair açıqlaması nəticəsində yuan son 10 ildə ən aşağı həddə düşüb. 2008-ci ilin mayından bəri ilk dəfə olaraq dollar 6,96 yuan həddinə çatıb. Beləliklə, bu ilin əvvəlindən bəri Çin valyutası 10 faiz ucuzlaşıb.

Çin Mərkəzi Bankının rəsmiləri qurumun lazımi anda valyuta ehtiyatlarını yuanın məzənnəsini sabit saxlamaq üçün istifadə edəcəyini bildiriblər. Qurum üçün təhlükəli hədd 1 dollar/7 yuan hesab olunur. Mərkəzi Bank hesab edir ki, bundan aşağı hədd spekulyasiyalara, ölkədən kəskin kapital axınına, bunlar isə məzənnənin nəzarətdən çıxmasına səbəb ola bilər. Buna görə də analitiklərin fikrincə, hakimiyyət hadisələrin belə axarının qarşısını almaq üçün bazara müdaxilə edəcək. Hətta bir çox mərkəzlər belə müdaxilələrin gizli də olsa sentyabrdan başlandığını iddia edirlər. Belə ki, sentyabrda Çin Mərkəzi Bankının valyuta ehtiyatları 22,7 milyard dollar azalıb. Bunun cəmi 3-4 milyard dolları aktivlərin yenidən qiymətləndirilməsinə çəkilən xərclərdir. Qalan vəsaitin məhz daxili valyuta bazarında yuanın qorunmasına sərf olunduğu hesab edilir. Rəsmi açıqlanan rəqəmlərdən isə aydın olur ki, ölkədə xarici valyutaya tələb getdikcə artmaqdadır.

Çinin Bank və Sığorta sahəsinin tənzimlənməsi üzrə Komissiyasının məlumatına görə, aprel-iyul aylarında ödəniş müddəti uzadılan korporativ və istehlak kreditləri 183 milyard yuan və ya 26,6 milyard dollar artaraq 1,96 trilyon yuana çatıb. Bu, son on ildə ən kəskin artımdır.

Bundan əlavə, avqust-sentyabr aylarında Çində korporativ istiqrazlar üzrə 8 defolt hadisəsi qeydə alınıb, bununla da ilin əvvəlindən bəri defoltların sayı 19-a çatıb. Bu, bütün ötən il ərzindəki defoltlardan çoxdur.



İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, Çin iqtisadiyyatında böhran işartıları ötən həftə özünü göstərməyə başlayıb: “Bu işartıların hiss olunması dərhal dünya neft bazarına təsir etdi, qiymətlər aşağı düşdü. Yəni neftin qiymətinin 5 faizədək azalması məhz Çin birjalarında müşahidə edilən böhran əlamətləri ilə bağlıdır”.

Ekspert bildirir ki, Çin iqtisadiyyatında böhranın olması riski kifayət qədər böyükdür: “Baxmayaraq ki, Çin hazırda ən yüksək iqtisadi artım nümayiş etdirən iqtisadiyyata malik ölkədir, böhran riskləri getdikcə artır. Neftin dünya bazar qiymətinin artması, ABŞ-la ticarət müharibəsi Çin iqtisadiyyatı üçün əlavə təzyiqlər formalaşdırır. Böhranın ilk olaraq Çinin qiymətli kağızlar bazarını vuracağı riski daha yüksəkdir. Bu, baş verərsə, dalğanın bütün dünya üzrə fond bazarlarına yayılacağı şəksizdir”.

V.Bayramovun fikrincə, Çində ciddi böhran baş verərsə, bu, bütün dünyada böhrana gətirib çıxara bilər: “Nəzərə almaq lazımdır ki, Çin 12 trilyon dollardan artıq ÜDM-lə dünyanın ikinci ən böyük iqtisadiyyatına sahibdir. Dünya bazarının ən böyük alıcılarından, həm də satıcılarından biridir. Bu faktorlar o deməkdir ki, Çində böhran olacaqsa, bu, bütövlükdə dünya iqtisadiyyatına sıçrayacaq. Çinin böhran nəticəsində alıcılıq qabiliyyətinin aşağı düşməsi enerjidaşıyıcıları, xüusilə də neft bazarında qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Bu gün Çin dünya iqtisadiyyatına sıx inteqrasiya olunub və orada baş verənlər qlobal iqtisadiyyatda mütləq hiss olunacaq”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ