ACCESSBANK” SAHİBKARLARA QARŞI KÜTLƏVİ HÜCUMA KEÇİB: ÖZƏL SEKTORU ÇÖKDÜRMƏKDƏ QƏRARLIDIRLAR
Iqtisadiyyat
Oxunub: 518
4 noy 2018 | 19:47
ACCESSBANK” SAHİBKARLARA QARŞI KÜTLƏVİ HÜCUMA KEÇİB: ÖZƏL SEKTORU ÇÖKDÜRMƏKDƏ QƏRARLIDIRLAR













Beynəlxalq maliyyə qurumlarına (Dünya Bankı və s.) məxsus olan və "Sizin yerli Avropa bankınız” şüarı altında fəaliyyət göstərən "Accessbank” sahibkar borcalanlarına dair kütləvi olaraq hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayətə borcalanların "qara mühasibat”ını qoşaraq onları qanunsuz kredit almaqda ittiham edib.

Cebhe.info xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov bildirib ki, artıq hüquq-mühafizə orqanları həmin sahibkarlara qarşı cinayət işi açıb. Ekspert qeyd edib ki, bəzi sahibkarları isə həbs edərək, dərhal kreditlərin ödənilməsini tələb edib:

"Guya həmin sahibkarlar krediti alarkən bankı aldadıblar. Halbuki bu kreditlər üzrə lazım olduğundan da çox girov qoyulub. Aydın məsələdir ki, reallıqda bankın özü qanunsuz kreditlər verib. "Qara mühasibat” hesab etdiyi sənədlər əsasında necə kredit verib axı?! Hüquqşünaslarının savadsızlığı ucbatından yol verdiyi səhvlərə görə məhkəmə proseslərini uduzur, ağır vəziyyətə düşüb və məhz buna görə də hüquq-mühafizə orqanlarına üz tutub, borcun qaytarlmasına dair məhkəmə işləri gedə-gedə. Lakin nədənsə hüquq-mühafizə orqanları bankın işçilərinə heç irad da tutmur, amma sahibkarlara şiddətli təzyiq göstərir. Heç müflis bankların verdiyi kreditləri qaytarmaq üçün hüquq-mühafizə orqanları belə canfəşanlıq etmir”. Hüquqşünas xatırladıb ki, "Accessbank” ölkəmizdə yeganə bankdır ki, kreditləri əsasən yalnız dollarla, özü də çox yüksək faiz dərəcəsi ilə verib: "Sözügedən bank digər banklardan fərqli olaraq devalvasiyadan sonra faktiki olaraq güzəştlər etməyib. Nəticədə borcalan sahibkarların biznesini çökdürüb və onlar da kreditləri ödəyə bilmir, kifayət qədər nağd pulları yoxdur. Amma həmin kreditlər üzrə qiymətli girovlar var. Bank məhkəmə proseslərinin bitməsini və girovlara tutmanın yönəldilməsini (satılmasını) gözləmədən borcalanlara təklif edirdi ki, girov predmetlərini indidən bankın adına keçirsinlər. Halbuki həmin girovların qiyməti bir qayda olaraq, qalıq borcdan xeyli çoxdur. Buna görə də borcalanlar buna getmirdi, haqlı olaraq deyirdilər ki, məhkəmə bitsin, girovlar satılsın, pulunuzu götürün, qalanını da bizə verin. Lakin indi hüquq-mühafizə orqanlarının köməyi ilə "Accessbank” tədricən girovların (əsasən daşınmaz əmlakların) onun adına keçirilməsinə nail olur. Qalıq borcdan xeyli qiymətli girovlar bankın balansına keçir. Səbəb sadədir: borclu sahibkarlar cinayət işindən, həbsdən qorxur. Təqsirsiz olmalarını sübut etməyə isə ümid etmirlər. Deyirlər ki, qanunsuz kredit verənlərə qarşı cinayət işi açılmırsa, əvəzində bizə divan tutulursa, haqqımızı necə tələb edə bilərik ki?! Bir sözlə, ölkədə sahibkarlığa yaradılan şəraitdən narazıdırlar”.

Əkrəm Həsənov deyib ki, nəticədə "Accessbank” yavaş-yavaş xeyli girovları dəyər-dəyməzə adına keçirməklə daşınmaz əmlaka malik olur:

"Sanki bank deyil, daşınmaz əmlak şirkətidir. Son günlər bəyan etdiyi müsbət maliyyə göstəriciləri də böyük ehtimalla elə bununla bağlıdır. Ümumiyyətlə, bu mənfi fonda "Accessbank” çalışır ki, ictimaiyyətdə özünə müsbət imic yaratsın. Amma yəqin ki, bu səylər əbəsdir. Çünki müştərilərinin "qara mühasibat”ını hüquq-mühafizə orqanlarına ötürən bankdan bundan sonra kredit götürmək istəyən çox olmayacaq. Bu qədər qanunsuz kredit verdiyini etiraf edən bankın əmanətçi problemi də yarana bilər. Əmanətçilərin pulu qanunsuz kreditlərə xərclənir. Lakin yəqin ki, bundan sonra "Accessbank”ın əmanətçi və borcalan müştərilərə ehtiyacı da çox olmayacaq. Çünki əsas aktivi pul deyil, daşınmaz əmlakdır. Odur ki, müştəriləri də alıcılar olacaq. Eyni zamanda daşınmaz əmlak maklerlərinin yeni iri müştərisi peyda olub – "Accessbank”. Təsadüfi deyil ki, bu yaxınlarda sözügedən bank beynəlxalq reytinq agentliyinin xidmətindən də imtina etdi. Bank kimi fəaliyyəti tükənirsə, nəyinə lazımdır reytinq?! Özü də nəzərə alaraq ki, son reytinqi çox aşağı və müflislik ehtimalının yüksək olduğunu ehtiva edən idi”.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO