Vergi islahatları anonsunu iqtisadçı ekspertlər şərh etdilər
Iqtisadiyyat
Oxunub: 542
7 noy 2018 | 14:45
Vergi islahatları anonsunu iqtisadçı ekspertlər şərh etdilər















“Ortamüddətli dövrdə hökumətin belə şansı olmaya bilər…”

Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasında gələn ildən tətbiq olunacaq vergi islahatları barədə məlumat verib. Bildirib ki, hökumət 2019-cu ildə “böyük vergi islahatı”na gedir.

“Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina edirik. Ona görə ki, istəyirik iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın və bunun üçün sahibkarlar üçün stimul yaradırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər” – nazir deyib.

Qeyd edək ki, Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsində 22 milyard 917 milyon manat gəlirin 7 milyard 316 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. Büdcə sənədindən o da aydın olur ki, gələn ildən istehsalla məşğul olan biznes subyektlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ təkcə dövriyyənin həcmindən asılı olmayacaq. Əsas meyarlardan biri də işçi sayı olacaq. Təklifə görə, işçilərinin sayı 3 nəfərdən çox olan istehsalçıların ƏDV ödəyicisi kimi qeydiyyata alınması gözlənilir. Bundan əlavə, topdansatış ticarətçilərin və lisenziya tələb olunan fəaliyyətlə məşğul olanların da ƏDV ödəyicisi kimi qeydiyyata alınması barədə təkliflərin olduğu bildirilir.

Gələn il vergi sahəsində daha bir dəyişiklik ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6 faizlə sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğvi ola bilər.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, büdcə sənədində hər 2 subyekt üzrə 6 faizlik sadələşdirilmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb: “İctimai iaşədə 8 faizlə çalışanlar üçün isə proqnoz saxlanılıb. Məlumat üçün deyim ki, Vergi Məcəlləsinin 218.1 və 220.1-1-ci maddələrinə görə, illik dövriyyəsi 200 000 manatdan yüksək olan həm ticarət, həm ictimai iaşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyici ola bilərdilər. Həmin normalara görə, bu halda dövriyyədən ticarətçilər 6 faiz, iaşə sahəsində çalışanlar 8 faiz vergi ödəməli idilər. Eyni zamanda yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2 faiz bazasında vahid dərəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4 faiz, yerdə qalan regionlar üzrə 2 faiz dərəcə qüvvədədir. Sadələşdirilmiş verginin tətbiq dairəsinin daraldılması ilə bağlı gözlənilən dəyişikliklərlə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxiolma proqnozu 58 milyon manat (15.3 faiz) azaldılıb. Əvəzində rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolama proqnozu 136.9 milyon manat (22.4 faiz) artırılıb”.



Hesablama Palatası isə 2019-cu il büdcəsi üçün hazırladığı rəydə hökumətə vergitutma sistemində dəyişikliklərin mərhələli şəkildə tətbiqini tövsiyə edir: “Hökumət 2019-cu ildən vergitutma sistemində yeniliklərin tətbiqinə başlamaq məqsədilə vergi qanunvericiliyində ciddi dəyişikliklər etməyi planlaşdırır. Bu dəyişikliklər vergi sistemi üçün müəyyən risklərin artmasına səbəb ola bilər. Bununla əlaqədar biz nəzərdə tutulan yeniliklərin mərhələli şəkildə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirik”.

Palata hesab edir ki, Vergilər Nazirliyi vergi qanunvericiliyinə nəzərdə tutulan dəyişiklikləri nəzərə almaqla proqram təminatını yeniləməli, eləcə də vergi ödəyicilərini qısa müddət ərzində bu dəyişikliklər barədə məlumatlandırmalıdır. Vergitutma sahəsində islahatların bir istiqaməti də fiziki şəxslərin əmək haqqından hesablanan vergi ilə bağlıdır. Belə ki, 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz, 8000 manatdan çox olduqda isə 44 faiz (25 faizdən 14 faizədək endirilməsi) güzəştin müəyyən edilməsi nəzərdə tutulub. Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

İslahatın digər mühüm istiqaməti məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərinin tənzimlənməsi ilə bağlıdır. Hökumətin qiymətləndirmələrinə görə, ilkin mərhələdə bu islahatlar nəticəsində dövlət büdcəsinə “gəlir vergisi” maddəsi üzrə daxilolmalar bir qədər azala bilər. Lakin növbəti illərdə ölkədə iqtisadi fəallığın artması və “kölgə iqtisadiyyatı”nın payının azalması, vergi inzibatçılığının güclənməsi ilə bu vergi növü üzrə büdcəyə daxilolmalarda artım müşahidə olunacaq. Buna görə də 2019-cu il dövlət büdcəsində gəlir vergisi üzrə proqnoz 880 milyon manat (2018-ci il üçün 1 milyard 196 milyon manat) məbləğində nəzərdə tutulub.



İqtisadçı-ekspert Pərviz Heydərovun musavat.com-a deməsinə görə, vergi siyasətində dəyişikliklər iqtisadi fəallığı stimullaşdırmağa yönəlməklə hər il büdcə müzakirələri ilə bağlı aparılmamalı, daimi və dinamik xarakter daşımalıdır: “Azərbaycan hökuməti indiyədək vergi yükünün azaldılması üçün bu və ya digər formada tədbirlər həyata keçirib, dərəcələri aşağı salıb, ümumilikdə dövlətin vergi siyasətinin stimullaşdırıcı xarakter daşıması üçün cəhdlər göstərib. Amma bununla belə, mövcud vergi siyasətinin iqtisadiyyatın inkişafı üçün stimullaşdırıcı xarakter daşıdığını söyləmək çətindir. Söhbət yalnız vergi dərəcələrinin yüksək olmasından getmir. Rəsmi olaraq həmişə iradlar tutulur ki, inkişaf etmiş ölkələrdə bir çox vergi dərəcələri bizdəkindən qat-qat yüksəkdir. Bu, həqiqətən də belədir. Lakin söhbət ölkə iqtisadiyyatının ümumi strukturundan, sistemin özəlliklərindən gedərsə, bizim özümüzdə bir sıra sahələrdə vergi dərəcələrinin aşağı olmadığını sübut etmək elə də çətin deyil. Götürək, fiziki şəxslərin gəlir vergisini. Bu vergi bizdə aşağı gəlirli insanlar üçün o qədər də stimullaşdırıcı səviyyədə deyil. Yüksək gəlirli işçilərin sayı isə Azərbaycanda çox deyil. Xüsusilə büdcədən maliyyələşən strukturlarda çalışanlar üçün əmək haqqından 14 faiz gəlir vergisi stimullaşdırıcı hesab edilə bilməz”.

Ekspert hesab edir ki, neft gəlirlərinin büdcədə payı yüksək olduğu dövrdə hökumətin vergitutma sahəsində iqtisadi inkişafı stimullaşdıran, kölgə iqtisadiyyatının qarşısını alan islahatlara getmək üçün şansı var: “Nə qədər ki, büdcəyə Neft Fondundan transfert imkanı var, bu islahatlara gedilməlidir. Əsas hədəf isə vergi dərəcələrinin iqtisadi aktivliyi, kölgə iqtisadiyyatının leqallaşmasını stimullaşdırmaq olmalıdır. Bu gün vergi dərəcələrinin yüksəkliyi, sığorta-yığım sisteminin tam təkmil olmaması səbəbindən nə işəgötürəndə, nə də işçidə maraq yoxdur ki, əmək müqaviləsi ilə işləsin. Sahibkarları və işçiləri bunda maraqlı etməyə nail olunmalıdır. Bu isə vergi siyasətindən çox asılıdır. Bildiyiniz kimi, neft və ondan gələn gəlirlər daimi deyil. Yəni ortamüddətli dövrdə bu gəlirlər olmaya bilər. Biz gəlirlərin gəldiyi indiki ərəfədən iqtisadiyyatın canlanması üçün maksimum istifadə etməliyik”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE