Kredit bataqlığından qurtarmaq üçün
Iqtisadiyyat
Oxunub: 1 587
30 mar 2015 | 11:38
Kredit bataqlığından qurtarmaq üçün


Mərkəzi Bank sədrinin dollarla götürülən kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətinə hələlik təsir göstərmir.


Azerinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekpert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O bunun səbəblərinin sadə olduğunu vurğulayıb: “Əksər bankların təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borcluların “dərdinə çarə” deyil. Təbii ki, dollarla götürülən kreditlər ilə bağlı istənilən addım hər iki tərəfin- bankların və müştəriləri maraqlarına uyğun olmalıdır. Çox sadə misal: manatın məzənnəsi yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Təbii ki, bankların da əsas gəlir mənbələrindən biri xaricdən və ya beynəlxalq maliyyə qurumlarından alınan kreditlərdir. Həmin kreditlər isə xarici valyuta ilə ödənilib. Deməli, məzənnənin neçə olmasından asılı olmayaraq banklar da öz borclarını xarici valyuta ilə geri qaytarmalıdırlar”.

Onun sözlərinə görə, indiki məqamda daha uyğun yol dollar ilə götürülən kreditlər üçün faizlərin aşağı salınmasıdır: “Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun müştərinin ödəmə qabiliyyətinə təsir edəcək səviyyədə aşağı salınması onların likvidliyinə ciddi mənfi təsir göstərməyəcək.

Mərkəz Bank sədrinin ümumi olan müraciəti isə bankların faiz dərəcələrinin, demək olar ki, aşağı salınmasına gətirib çıxarmır. Buna görə də, əslində Mərkəzi Bankın dollar ilə götürlən kreditlərə faiz güzəştlərin tətbiq edilməsi üçün aşağıdakıların həyata keçirilməsinə ehtiyac var:

Əvvəlla, Mərkəzi Bank belə güzəştlərin tətbiq edilməsi üçün banklara rəsmi və yazılı tövsiyyə məktubu göndərməsinə ehtiyac var. Baş bankin idarə heyətinə göndərəcəyi məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyyə olunduğu bildirilməlidir;

İkincisi, tövsiyyə məktubunda kreditlər üzrə tövsiyyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir. Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. Yəni, əgər istehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit faizi 16.7 faizədək aşağı salına bilər. Bu zaman sözügüdən kredit üzrə 9.3 faiz güşət tətbiq edilmiş olur. Bu isə, həm kommersiya banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər.

Bütövlükdə, Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin tövsiyyə edilən həddə aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin xeili yumşalmasına səbəb ola bilər. Bununla dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub saxlması mümkündür”.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ