Avtomobillərin qiyməti qalxa bilər - XƏBƏRDARLIQ
Iqtisadiyyat
Oxunub: 700
20 noy 2018 | 13:42
Avtomobillərin qiyməti qalxa bilər - XƏBƏRDARLIQ















Minik avtomobillərinə aksiz vergisi tətbiq olunarsa, qiymət qalxacaq, bu da maşın bazarına mənfi təsir göstərəcək.

Bunu minik avtomobillərinə tətbiq edilən aksiz vergisinin artırılmasına münasibət bildirən ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə aksizlərin tətbiq olunması avtomobillərin qiymətinin yüksəlməsinə təsir göstərəcək, insanlar da öz növbəsində komfortlu avtomobil almaqdan imtina edəcəklər: “Komfortlu avtomobillər əsasən mühərriki iri həcmli olan, Avropa, Yaponiya, Koreya istehsalı olan avtomobillərdir ki, onlar daha təhlükəsizdir. Onların motor həcmi də böyükdür. Buna görə də vətəndaşlar az komfortlu avtomobil almağa məcbur qalacaqlar.

Bildiyimə görə, aksiz vergisinin artırılması Azərbaycanın özünün avtomobil istehsal etməsi ilə əlaqələndirilir. Məlumdur ki, Naxçıvanda “NAZ-Lifan”, Neftçalada “Xəzər” avtomobilləri istehsal olunur, amma bu avtomobillərin mühərriki kiçik həcmlidir, aksizlər isə böyük həcmli mühərrikli avtomobillərə tətbiq olunur. Kiçik mühərrikli və mexaniki ötürücülü olan bu avtomobillər o qədər də komfortlu deyil”.

Ekspert bildirib ki, biz avtomobil parkını yeniləmək, bazarı inkişaf etmək əvəzinə belə qərarlarla vəziyyəti daha da pisləşdiririk: “Dövlətin məqsədi odur ki, avtomobil parkı yenilənsin, köhnə avtomobillərlə vidalaşaq, yeni avtomobillərin sayı artırılsın, ekologiyaya da müsbət təsir eləsin. Bu avtomobil bazarında da dinamika yaradır”.

Ekspert düşünür ki, bunu kompensasiya etmək olar. “Mühərrik həcminə görə aksizlərin qiyməti qalxırsa, heç olmasa hibrid avtomobillərə görə gömrük və mühərrik həcmi rüsumu alınmasın”.

Qeyd edək ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə görə, mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 3 manat (əvvəl 2 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (əvvəl 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (əvvəl 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (əvvəl 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 (əvvəl 8 manat), mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 (əvvəl 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (əvvəl 20 manat), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 əvvəl (31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat (əvvəl 40 manat) aksiz vergisinin tətbiq olunması təklif edilir. (Teleqraf.com)
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...