“Nar”-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək
Iqtisadiyyat
Oxunub: 785
29 noy 2018 | 15:56
“Nar”-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək














“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində sosial aksiyalarını davam etdirir. Mobil operatorun növbəti layihəsi fiziki məhdudiyyətli insanlara dəstəkdir.

“Nar” eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdırmaq, onların cəmiyyətə inteqrasiyasına kömək etmək məqsədilə “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Kitab eşitmə və nitq məhdudiyyətli şəxslər, onların valideynləri və ailə üzvləri, gənclər, tələbələr və ümumiyyətlə, bu qrup insanlarla ünsiyyət qurmaq istəyən hər kəs üçün nəzərdə tutulub. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edəcək. Məlumat xarakterli vəsait sayəsində ailəsində bu cür fiziki məhdudiyyəti olan insanlar daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar.

"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin rəhbəri Cəmilə Abdulovanın sözlərinə görə, eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdıracaq məlumat xarakterli kitaba böyük ehtiyac vardı: “Bizm İctimai Birliyə bu kitab üçün çoxsaylı müraciətlər daxil olurdu. İnanıram ki, birgə əməkdaşlığımız sayəsində yeni üzlükdə çap edilən "Səssiz Dünyaya Körpü" kitabımızdan çoxlu sayda insan yararlanacaq və bu vəsait vasitəsilə eşitmə və nitq məhdudiyyətli insanların "səssiz dünya"larına səs salmış olacaqlar. Bizə bu işdə göstədikləri böyük dəstək üçün “Nar”-a təşəkkür edirik”.

“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Nar”-ın dəstəyi ilə çap edilən bu kitabın eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların ailələri üçün yararlı olacağına inandığını bildirib: “Mobil Operator olaraq ünsiyyətin insanlar üçün çox önəmli olduğunu anlayırıq. Bizim təqdim etdiyimiz xidmətlər sayəsində insanlar məsafədən və məkandan asılı olmayaraq öz yaxınları və tanışları ilə ünsiyyətdə ola bilirlər. Əminəm ki, nəşr etdirdiyimiz “Səssiz dünyaya körpü” adlı kitab eşitmə və nitq məhdudiyyəti olan həmvətənlərimiz üçün yararlı vəsait olacaq və onlara daha çox ünsiyyətdə olmaq imkanı yaradacaq”.
Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”-ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. “Nar” fiziki məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi üçün bölgələrdə “Təlim məktəbi” təşkil edib, eyni zamanda fiziki məhdudiyyətli insanların işlə təmin olunması üçün müxtəlif karyera sərgilərində iştirak edib. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, “Azerfon” şirkətində hazırda fiziki məhdudiyyətli şəxslər çalışır.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi