"Kim krediti dollarla götürübsə, onunla da qaytarmalıdır,kursun önəmi yoxdur" - Baş bankirdən sensasion açıqlama
Iqtisadiyyat
Oxunub: 1 479
2 apr 2015 | 12:43
"Kim krediti dollarla götürübsə, onunla da qaytarmalıdır,kursun önəmi yoxdur" - Baş bankirdən sensasion açıqlama




















Manatın devalvasiyasından sonra banklara ödəniləcək kreditlərin manatla, yaxud dollarla olacağı ciddi müzakirə mövzusu olub. Əksər ekspertlər kreditlərin dolların əvvəlki, alınan zamankı kursuna uyğun olaraq ödənilməsini diqqətə çatdırsalar da, banklar və Mərkəzi Bank əksini bildirib. Son olaraq Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov qeyd edib ki, müqavilə öhdəliyində kreditin manatla və ya dollarla qaytarılması nəzərdə tutulubsa, buna əməl edilməlidir: “Kursun isə önəmi yoxdur. Kim krediti hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır”.


E.Rüstəmov deputat Vahid Əhmədovun manatın devalvasiyasının ardından manatla götürülən kreditlərin aqibəti barədə verdiyi sualı cavablandırıb. “Kim müqavilə ilə hansı valyuta ilə kredit götürübsə, həmin valyuta ilə də geri qaytarmalıdır. Bazar iqtisadiyyatı şəraitində bankların hansı valyuta ilə kredit verməsi onların öz işidir. Onlar öz risklərini elə özləri müəyyənləşdirir. Biz banklara tövsiyə edirik ki, kreditlərin vaxtını uzatsınlar. Bu, bankların da marağındadır”.

E.Rüstəmovun sözlərinə görə, faiz dərəcələri yüksək olan banklar əhali üçün güzəştə getməlidirlər: “Bu proses başlayıb. Yaxın vaxtlarda rübün yekunları əsasında açıqlamalar veriləcək”.

Onun bu açıqlaması Vahid Əhmədovun növbəti sualına səbəb olub: “Niyə görə dollar 78 qəpik olanda dollarla alınan kreditlər indi 1 manat 5 qəpiklə ödənməlidir?”. Elman Rüstəmov bir daha xatırladıb ki, kredit müqavilədə göstərilən valyuta ilə qaytarılmalıdır. Bununla belə, o bildirib ki, bank müştərinin razılığı olmadan kreditləri dollarla hesablayırsa, bu çox ciddi qanun pozuntusudur: “Belə qanun pozuntuları varsa, siz bunun hamısını bizə göndərin. Bununla bağlı çox ciddi tədbirlər görəcəyik. Amma müqavilə öhdəliyində kreditin manatla və ya dollarla qaytarılması nəzərdə tutulubsa, buna əməl edilməlidir. Kursun isə önəmi yoxdur. Kim krediti hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır”. Elman Rüstəmov onu da əlavə edib ki, ipoteka məbləğlərinin artırılması ilə bağlı hökumətə təkliflər edilib: “Bu həm sosial, həm də kommersiya ipotekalarına aiddir. Biz bununla yanaşı, təklif edirik ki, ucuz tikintilər həyata keçirilsin”.

Ekspertlər isə bildirirlər ki, kreditlərin dollarla qaytarılması doğru deyil. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, xarici valyutada bağlanan kredit və əmanət müqavilələrində xarici valyuta ödəniş vasitəsi kimi deyil, adi əşya kimi çıxış edir: “Həmçinin, xarici valyutada bağlanan kredit və əmanət müqavilələri üzrə pul öhdəliyi mövcud deyil, çünki pul müqavilənin predmetidir. Hər arqumentə dair fikrimi qısaca olaraq aşağıda bildirirəm. Əlbəttə, nağd pul əşyadır. Yəni maddi nemətdir. Aydın məsələdir ki, qeyri-maddi nemət deyil. Amma məgər bu o deməkdir ki, kredit və əmanət müqaviləsinin predmeti xarici valyuta olduqda, həmin xarici valyuta ödəniş vasitəsi deyil? Məgər xarici valyuta Azərbaycana daxil olan kimi artıq ödəniş vasitəsi funksiyasını itirir? Eyni məntiqlə Azərbaycanda istənilən alqı-satqı müqaviləsini xarici valyutada bağlamaq olar. Müqaviləni alqı-satqı deyil, dəyişdirmə müqaviləsi adlandırmaq yolu ilə: “malı satmıram, xarici valyutaya dəyişdirirəm”. Məsələn, daşınmaz əmlakın alqı-satqısısı müqaviləsi deyil, dollarla dəyişdirmə müqaviləsi bağlamaqla. Yəni guya ki, daşınmaz əmlak, məsələn, 100 000 dollara satılmır, sadəcə həmin valyutaya dəyişdirilir. Soruşanda da demək olar ki, bu alqı-satqı deyil, dəyişdirmədir. Dollar da burada ödəniş vasitəsi deyil, adi əşyadır. Bütün dükanlarda da qiymətləri xarici valyuta ilə göstərmək olar bu halda. Soruşsalar, cavab verin ki, satmırıq, yalnız dollara dəyişdiririk”.

Ekspertin sözlərinə görə, bu, absurddur və açıq-aşkar qanunun yanından ötüb keçmək deməkdir: “Özü də çox kobud şəkildə. Bu belədirsə, təbii, kredit və əmanət müqaviləsinin predmeti xarici valyuta olduqda söhbət yenə də ödəniş vasitəsindən gedir. Lap tutaq ki, kredit və ya əmanət manatla qaytarılır. Amma Mülki Məcəllənin 439.1-ci maddəsi axı öhdəliyi xarici valyutada ifadə etməyi də yasaq edir axı. Yəni söhbət yalnız ödəniş prosesindən getmir, pul öhdəliyinin hansı valyutada ifadə edilməsindən gedir. O ki qaldı ikinci arqumentə, onun cavabı daha sadədir. Kredit və əmanət müqaviləsi üzrə öhdəlik pul öhdəliyi deyilsə, bəs nədir? Yəni predmeti pul olan öhdəlik pul öhdəliyi deyilsə, bəs nədir? Bəs onda pul öhdəliyi nədir? Haradan nəticəyə gəlinir ki, predmeti pul olan öhdəlik pul öhdəliyi deyil? Bəlkə əksinə- bu elə klassik pul öhdəliyidir? Xarici valyuta puldur. Deməli, predmeti olduğu öhdəlik də pul öhdəliyidir. Məsələn, Mülki Məcəllənin 945-ci maddəsi “Pul vəsaitini əmanətlərə cəlb etmək hüququ” adlanır. Orada o cümlədən deyilir: “Pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə, lisenziyaya uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malikdirlər”. Əgər xarici valyuta pul vəsaiti, öhdəlik isə pul öhdəliyi deyilsə, belə çıxır ki, istənilən şəxs Azərbaycanda lisenziyasız əmanət cəlb edə bilər. Bu isə anarxiya deməkdir. Bank sistemi və Mərkəzi Bankın nəzarəti nəyə lazımdır onda?”.

Ekspertin sözlərinə görə, Konstitusiyanın 19-cu maddəsinin və Mülki Məcəllənin 439.1-ci maddəsinin müvafiq müddəası əsasən xarici təcrübəyə uyğun deyil və buna görə də dəyişdirilməlidir: “Amma hələlik dəyişdirilməyib. Dəyişdirilməyibsə, bunun da günahı bankların özündədir: vaxtında tədbir görmək lazım idi, qanun qanundur və ona riayət etmək lazımdır”./müsavat.com/
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...