“Nar Wi-Fi” ilə 4G artıq evinizdə
Iqtisadiyyat
Oxunub: 640
3 dek 2018 | 15:42
“Nar Wi-Fi” ilə 4G artıq evinizdə














Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısını təqdim edir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcək.

Yeni mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün “Nar Wi-Fi” ruterini özünüzlə götürmək yetərlidir ki, qısa müddətdə 4G interneti evinizdə olsun. Avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi 20 Mbps sürətli internetlə təmin edən naqilsiz texnologiyadır.

Avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edəcək, həm də 6 aya qədər internetə çıxış imkanı qazanacaqlar. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşəcək. Azərbaycada kiçik və orta biznesin inkişafı üçün yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi”-ın müştərinin növünə (pərakəndə və ya biznes) görə fərqli, sərfəli qiymətləri, sürət və internet həcminə görə isə müxtəlif paket variantları var. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.

“Nar Wi-Fi” və cihazın satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO