Amerika şirkətlərinin Azərbaycanı tərk etməsi məsələsinə aydınlıq gətirildi
Iqtisadiyyat
Oxunub: 489
7 dek 2018 | 14:45
Amerika şirkətlərinin Azərbaycanı tərk etməsi məsələsinə aydınlıq gətirildi
















BP Azərbaycan şirkəti Amerika şirkətindən “Azəri-Çıraq-Günəşli” (AÇQ-“Əsrin müqaviləsi”) yatağının işlənməsini dayandırdığı barədə rəsmi olaraq heç bir bildiriş almayıb və KİV-də bu barədə yayılan müxtəlif məlumatları şərh etmir.

Bunu Sputnik Azərbaycan-a BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons Amerikanın Chevron və ExxonMobil şirkətlərinin onlara Azərbaycanda fəaliyyətlərini dayandırdıqları barədə müraciət edib-etmədiklərinə dair sualı cavablandırarkən deyib.

AÇG-nin işlənməsi ilə bağlı bugünkü vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirən Cons deyib ki, BP şirkəti operator olaraq Azərbaycandakı layihələrin həyata keçirilməsindən məmnundur.

“Cari ildə biz AÇG-də hasilat göstəricilərini yaxşılaşdırmışıq. Bu, yüksək gəlirli layihələrdən biridir. Şirkət AÇG və Şahdəniz yatağı ilə bağlı layihələri uğurla həyata keçirir” – deyə Cons bildirib.

Bununla yanaşı, o qeyd edib ki, 2019-cu ilin birinci rübündə AÇG üzrə yeni bir platformanın inşaatına dair yekun qərar veriləcək.

ARDNŞ-in (SOCAR) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov da öz növbəsində Sputnik Azərbaycan-a bildirib ki, onlara Chevron və ExxonMobil şirkətlərindən Azərbaycanı tərk etdikləri barədə hər hansı rəsmi məlumat daxil olmayıb. KİV-də bu barədə yayılan məlumatları şərh etmək istəməyən Əhmədov, bununla əlaqədar Amerikanın sözügedən neft şirkətlərinə müraciət etməyi tövsiyə edib.

Bununla yanaşı, Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, ölkədən getməklə bağlı məlumatlar AÇG-nin işlənməsinin effektivliyi ilə bağlı hansısa şübhələrlə və yaxud layihədə Amerika şirkətlərinin payının maliyyələşməsi problemi ilə əlaqədar ola bilməz.

“İş ondadır ki, aparıcı Amerika şirkətləri AÇG-dəki öz passiv rollarından məmnun deyillər və yeni layihələrdə özləri operator olmağı arzulayırlar” – Şaban deyib.

Sputnik Azərbaycan-ın sorğusuna cavab verən neft sektorunun ekspertləri bildiriblər ki, Amerika şirkətləri ilə bağlı məlumatların əksəriyyəti ABŞ prezidenti Donald Trampın milli iqtisadiyyatı canlandırmaq üçün invertisiyaları Amerika iqtisadiyyatına qaytarmaqla bağlı siyasəti kontekstində qəbul edilir.

“Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi ilə bağlı müqavilə 20 sentyabr 1994-cü ildə imzalanıb və 30 il ərzində “Əsrin müqaviləsi” adlanıb.

Azərbaycan hökuməti 14 sentyabr 2017-ci ildə AÇG üzrə tərəfdaşları ilə 2050-ci ilə qədər yeni müqavilə imzalayıb. Bu müqaviləyə görə, ABƏŞ-də pay bölgüsü belədir: BP – 30,37%, SOCAR – 25,00%, Chevron – 9,57%, Inpex – 9,31%, Equinor – 7,27%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, Itochu – 3,65% və ONGC Videsh Ltd. (OVL) – 2,31%.

AÇG yatağının işlənməsinə dair müqavilə imzalanandan sonrakı 32 il ərzində şirkətlər layihəyə 40 milyard dollardan artıq sərmayə yatırmaq niyyətindədir.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...