Azərbaycan bazarında armatur qalmaqalının pərdəarxası
Iqtisadiyyat
Oxunub: 529
11 dek 2018 | 14:31
Azərbaycan bazarında armatur qalmaqalının pərdəarxası















Azərbaycan bazarında armatur qalmaqalının pərdəarxası Ekspert: “Problemi ölkədəki istehsalda axtarmaq lazımdır”; “Keyfiyyət göstəricilərinin aşağı olması sənədlə, laborator analizlərlə sübut olunmalıdır”

Son zamanlar ölkə mətbuatında xaricdən gətirilən armaturların keyfiyyətsiz olması ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, bu armaturlar keyfiyyətsiz olmaqla yanaşı, həm də ucuzdur. Nəticədə isə alıcılar ucuz məhsulları almağa üstünlük verdikləri üçün yerli istehsalçılar çətin vəziyyətə düşüblər.

“Yeni Müsavat” olaraq araşdırmamız nəticəsində öyrəndik ki, hazırda bazarda doğrudan da İran armaturlarının qiyməti yerli istehsaldan ucuzdur. Lakin bu, həmin məhsulun heç də keyfiyyətsiz olduğunu isbatlamır. Armatur alqı-satqısı ilə məşğul olan Nicat Məmmədov qəzetimizə bildirdi ki, qiymətlərdə fərq var:

“”Bakı Steel Company”nin materialı 90 qəpik, sex malı 65 qəpik, İrandan gətirilən material isə 85 qəpikdir. Marka olaraq İran armaturu Azərbaycan materialından güclüdür. Yəni İrandan gətirilən armatur 500 markadır, Azərbaycan materialı isə 450 markadır. Ancaq ucuzluğunun səbəbinin nədən qaynaqlandığını söyləyə bilmərik. İnsanlar daha çox sex malına üstünlük verirlər. Deyirlər ki, armatur-armaturdur, nə fərqi var. “Baku Steel Company” isə qiymətləri çox baha qoyduğu üçün müştərilər bu materialı almaq istəmirlər. Burada başqa bir məsələ yoxdur. Keyfiyyət məsələsi doğru deyil. İllərdir ki, Bakıda Rusiya, İran armaturları satılır. Hələ indiyə qədər kimsə bu materialların keyfiyyətindən şikayətlənməyib. Hələ bu materiallar xaricdən gətirilir və bunların gömrük, vergi xərcləri olur. Bununla belə, ucuzdursa, deməli, problemi ölkədəki istehsalda axtarmaq lazımdır”.

Azərbaycan bazarında armatur qalmaqalının pərdəarxası










“Yeni Müsavat”a danışan Natiq Cəfərli bildirib ki, keyfiyyətlə bağlı yazılanların sənədləşmiş sübutu yoxdur: “Deməli, məhsulların Azərbaycana gətirilməsində keyfiyyət sertifikatı ilə bağlı sənədlər normal səviyyədədir ki, gömrükdən bu məhsulları ölkəyə keçirmək mümkün olur. Başqa cür olsaydı, gömrükdən məhsulları ölkəyə keçirmək mümkün olmazdı. Yaxud da belə çıxır ki, gömrükdə ciddi korrupsiya kanalı var ki, ölkəyə belə bir material buraxılır. Ancaq son zamanlar gömrük orqanlarında aparılan islahatlar deməyə əsas verir ki, rəsmiləşdirmələr kifayət qədər ciddiləşib. Yəni keyfiyyətlə bağlı yazılanların hələ ki sənədləşmiş sübutu yoxdur. Nə mətbuatda, nə bu işlə məşğul olanlar arasında keyfiyyətlə bağlı məsələ sübut olunmayıb. Qiymətlərə gəlincə isə burada da məsələ müəmmalıdır. Təbii ki, ”Baku Steel Company” yerli şirkətdir və burada yerli xammaldan istifadə olunur. Şirkətin əslində özünün keyfiyyətli məhsul istehsal etməsi məsələsi ilə bağlı da problemlər yaşanıb. Çünki istehsalda təkrar xammal mühüm rol oynayır. Bu təkrar xammal isə Bakının bütün hər yerindən toplanan, paslanmış, korroziyaya uğrayaraq metal keyfiyyəti zəifləmiş məhsullardır. Çox zaman da armaturlar bu kimi məhsulların təkrar emalından istehsal olunur. Bütün bunları nəzərə aldıqda söyləyə bilərik ki, əslində istehsal edilən armaturun maya dəyəri çox aşağı olmalıdır. İlkin xammaldan, daş filizindən istifadə edilsəydi, qiymətlərin baha olması anlaşılardı. Çünki burada maya dəyəri yüksək olacaqdı. Eyni zamanda belə olardısa, bunun daşınma xərcləri də yüksək olardı. Təkrar emalda isə daha ucuz başa gəlir. Bu məntiqlə “Baku Steel Company”nin məhsularının qiyməti daha aşağı olmalı idi. Sadəcə olaraq, Azərbaycanda bu sahədə ciddi rəqabət mövcud olmadığı üçün bazarın böyük bir hissəsinə qeyd etdiyimiz şirkət diktə edir. Nəticədə onlar həm də qiyməti də diktə etməyə çalışırlar ki, bazarda böyük üstünlüyə malik olsunlar. Bütün bunların nəticəsində istənilən ölkədən gətirilən armaturla bağlı belə bir iddia səsləndirilir ki, həmin məhsulların keyfiyyət göstəriciləri daha aşağıdır. Əslində keyfiyyət göstəricilərinin aşağı olması, sənədlə, laborator analizlərlə sübut olunmalıdır”.

Ekspert bildirib ki, xarici ölkələrdə bu cür hal yaşansaydı, İranın armaturlarını satan dilerlər məhkəməyə müraciət edərdi:

“Hər bir məhsulun bir maya dəyəri var. Nə qədər İran realı ucuz olsa da, devalvasiya prosesi getsə də son nəticədə hesablamalar dollar üzərindən aparılır. Yəni maya dəyərinin nə qədər aşağı olmasına realın məzənnəsi təsir etmir. Əslində bunun elektrik enerjisi, insan əməyi, xammalı var. Yəni maya dəyəri məhsulun istənilən halda üzərinə gəlir. İstər bunu manatla hesabla, istərsə də realla, dollarla və sairə. Bütün bunların maya dəyərindəki fərqi dəyişmir. Ona görə də yeganə bir irad ondan ibarətdir ki, Azərbaycanda manat-dollar münasibətləri sabit olduğu üçün İran məhsullarını bizim ölkədə satmağa üstünlük verir. Nəticədə Azərbaycanda məhsulların dəyərini manatla alıb, sonra onu dollara çevirərək, ölkədən çıxarıblar. Bunu irad kimi bildirmək də gülüncdür. Çünki biznesin qaydaları budur. Bəyəm sərhədləri qapatmalıyıq ki, ölkədən dollar çıxmasın? Bu, biznesin azad şəkildə fəaliyyət göstərməsinə maneə yarada bilər”.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO