Daha bir neçə bankın "kitabı bağlana bilər"... - GƏLİŞMƏ
Iqtisadiyyat
Oxunub: 484
13 dek 2018 | 18:30
Daha bir neçə bankın "kitabı bağlana bilər"... - GƏLİŞMƏ














Bankların vəziyyəti getdikcə daha da acınacaqlı hal alır.

Məlumdur ki, Azərbaycanda bankların əsas və belə demək mümkünsə, yeganə gəlir mənbəyi kreditlərdir. Yüksək faizli kredit Azərbaycan bankları üçün alternativsiz gəlir mənbəyidir. Amma hazırda bankların əksəriyyətində maliyyə-kredit siyasəti iflasa uğrayıb. Manatın kəskin ucuzlaşmasından sonra bankların kredit portfelinin böyük hissəsi problemə düşdü. Problemli kreditlərin həcmi isə günü-gündən artır. Banklar isə bu problemi borcu vətəndaşın üzərinə yükləməklə həll etmək istəyir. Amma bankların bu mövqeyi problemin daha da dərinləşməsinə xidmət edir.

Zamanında təklif olunan həll mexanizmlərindən istifadə etməyən banklar bu gün faktiki iflas həddinə çatıb. Zamanında problemli kreditlər həll olunsaydı, bu daha ucuz başa gələcəkdi. Çünki hələ o, zaman üçün problemli kreditlərin həcmi hazırkından xeyli az idi. Getdikcə problemli kreditlərin həcmi artır, nəticədə isə problem “bahalaşır”.

Banklar isə düşdükləri ağır durumdan çıxmaq üçün daha bir fərqli, amma uğursuz yol seçib. Banklar yeganə gəlir mənbələri olan kredit siyasətini dondurmaqla problemi həll etmək niyyətindədir. Məlumdur ki, bir neçə bank artıq uzun zamandır kredit verməyə məhdudiyyət tətbiq edib. Bunun ən bariz nümunəsi isə “AGBank” ASC-dir. Bank istehlak, biznes və digər növ kreditlər vermir. Adıçəkilən bank yalnız ipoteka və əmanət üzrə götürülən kreditlərə çıxış imkanı verir ki, bunun da ümumi kredit portfelində payı kifayət qədər azdır.

Hansısa bank kredit vermirsə, bunun iki əsas səbəbi ola bilər. Bunlardan birincisi bankın maliyyə çatışmazlığı ilə üzləşməsidir. Yəni, bank etibarını itirdiyi üçün əmanət cəlb edə bilmir və nəticədə dövriyyəyə buraxmaq üçün nağd vəsaiti olmur. Nəticədə isə bank kredit siyasətini dondurmağa məcbur qalır. İkinci səbəb isə bankın bağlamaq ehtimalıdır. Bank rəhbərləri bağlanacaqlarını bildikləri üçün vəsaitlərini kredit şəkildə çıxarmaq istəmir və ləğvetmə prosesindən ən az zərərlə çıxmağı planlaşdırır. “AGBank” ASC-də hər iki amil özünü göstərir. Bankın bağlanacağı haqqında uzun müddətdir ki, məlumatlar yayılsa da, hələlik bu bank valyutadəyişmə məntəqəsi kimi öz fəaliyyətini davam etdirir.

Valyutadəyişmə məntəqəsi funksiyasını yerinə yetirən banklar siyahısını kifayət qədər uzatmaq olar. Bugünlərdə daha bir bank da bu sıraya qoşulduğunu rəsmən bəyan edib. Belə ki, "Günay Bank" ASC biznes və istehlak kreditlərini verməyi dayandırıb. Bankdan bildirilib ki, hazırda yalnız ipoteka kreditləri və lizinqlə satış həyata keçirilir. Kreditlərin dayanmasının səbəbi kimi, ilin yekunu ilə əlaqədar yeni kredit proqramının işə düşməməsi göstərilib. "Günay Bank" ASC-dən kreditlərin nə vaxt bərpa olunacağını da açıqlamayıblar. Güman edilir ki, “Günay Bank” da maliyyə çatışmamazlığı ilə üzləşib və kredit siyasətini məhdudlaşdırması da məhz bununla bağlıdır.
Bütün bunlarla yanaşı bankların bağlanması məsələsi də hələlik gündəmdən düşməyib. Məlumata görə artıq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir sıra banklara mövcud durumlarını yaxşılaşdırmaq, daha dəqiq desək problemli kreditlərinin həcmini azaltmaqla bağlı tapşırıq verib. İddialara görə Palata banklara cari ilin sonuna qədər vaxt verib. Xəbərdarlıq olunan bankların isə “Unibank”, “Bank of Baku”, “AG Bank” və digər bir neçə başqa bankın olduğu deyilir.

“AG Bank”la bağlı məsələnin nə yerdə olduğu aydındır. “Unibank” ASC isə hazırda ən böyük problemli kreditləri olan bankdır. Ümumiyyətlə, söügedən banklarda problemli kreditlərinin həcmi ümumi kredit portfelində nəzərdə tutulandan daha çoxdur.

Qeyd edək ki, devalvasiyadan sonra bankların sağlamlaşdırılması prosesi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 11 bankın lisenziyasını ləğv edib. Ancaq sonradan bu proses dayandırılıb. Görünən odur ki, Palata bu prosesə yenidən başlayacaq. Digər tərəfdən, bankların sağlamlaşdırılma prosesi 2018-ci ilin sonuna qədər bitməlidir. Bu haqda ölkə Prezidentinin ötən il mayın 3-də "Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydası"nın təsdiq edilməsi ilə bağlı fərmanında da göstərilib. Sənədin tam şəkildə icrası üçün ödəmə qabiliyyətini tamamilə itirən bankların bazardan çıxarılması vacibdir.

Problemli kreditləri normadan artıq olan bankların taleyinin necə olacağı ilə bağlı Maliyyə Bazarlarlarına Nəzarət Palatasına (MBNP) sorğu ilə müraciət etsək də, Palata 15 gün keçməsinə baxmayaraq suallarımızı cavabsız qoydu.

Qeyd edək ki, Palataya 26 noyabrda bu suallarla müraciət etmişdik:

1. Hazırda fəaliyyətdə olan bankların ümumi kredit portfeli nə qədərdir və onların neçə faizi problemli kreditlərin payına düşür?

2. Problemli kreditləri nəzərdə tutulan normadan artıq olan banklar hansılardır?

3. Nəzərdə tutulan normadan artıq problemli krediti olan banklarla hansı iş aparılır?

Onu da nəzərə çatdıraq ki, qanunvericiliyə əsasən dövlət qurumları mətbuat orqanının sualını 14 iş günü ərzində cavablandırmalıdır.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb