8-04-2015, 16:01 Oxunub: 950

Azərbaycanda dolların bahalaşması ilə bağlı rəsmi açıqlama

Azərbaycanda dolların bahalaşması ilə bağlı rəsmi açıqlama

Mərkəzi Bankın elan etdiyi kimi, manatın məzənnəsi avro və ABŞ dollarının daxil olduğu səbət mexanizmi əsasında formalaşır. Bunun mahiyyəti odur ki, avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür.

Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər.

Azerinfo.az bildirir ki, bunu "manatın ucuzlaşmasına hansı faktorlar təsir edir?" sorğusuna cavab olaraq Mərkəzi Bankdan Trend-ə bildiriblər.

Məlumatda qeyd edilir ki, son 2 gündə beynəlxalq valyuta bazarlarında avronun ABŞ dollarına qarşı ucuzlaşması müşahidə olunur: "Bu da ABŞ dolları/manat məzənnəsinin yumşaq gündəlik dəyişiminə səbəb olmuşdur. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadır. Avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meylləri nəzərə alır.
Mərkəzi Bank yeni devalvasiyaya start verdi Mərkəzi Bank yeni devalvasiyaya start verdi Iqtisadiyyat Manat ləngəri: avro dolları kölgələ qoyur - Cədvəl Manat ləngəri: avro dolları kölgələ qoyur - Cədvəl Iqtisadiyyat Dollar və avro ucuzlaşdı Dollar və avro ucuzlaşdı Iqtisadiyyat Əməliyyat masasındakı AZN... Əməliyyat masasındakı AZN... Iqtisadiyyat Manatın məzənnəsində dəyişiklik başladı Manatın məzənnəsində dəyişiklik başladı Iqtisadiyyat