Şirkətlər təkzib edir, firmalar mal vermir: Siqaret niyə bahalaşıb?
Iqtisadiyyat
Oxunub: 632
4 yan 2019 | 10:17
 Şirkətlər təkzib edir, firmalar mal vermir: Siqaret niyə bahalaşıb?















Son günlər siqaretin qiymətinin qalxması ilə bağlı müəyyən söz-söhbətlər dolaşır.

Sputnik Azərbaycan-ın əməkdaşı bütün bunlara aydınlıq gətirmək üçün metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında yerləşən bir neçə köşk və mağazada müşahidə aparıb.

Metronun qarşısında yerləşən bir neçə mağazanın satıcısı hələ ki, yeni ildə onlara istehsalçı şirkətlər tərəfindən tütün məhsullarının gətirilmədiyini bildirib: “Hələ ki, ötən ildən aldığımız siqaretləri satırıq. Artıq bir neçə gündür mağazaya siqaret istehsal edən firmalar heç bir məhsul gətirmir. Gömrükdə işləyən tanışlarımız deyir ki, aksiz vergisi qalxıb. Yəqin ki, ona görə qiymətlər də artacaq”.

Mağazalardan fərqli olaraq köşklərdə artıq qiymət artımı özünü göstərib. Satıcıların sözlərinə görə, 1.20-2.00 manat olan siqaretlərin qiymətində 10, 2.00 manatdan yuxarı olan siqaretlərin qiymətlərində isə 20 qəpik artım olub.

Yeni ilin ilk günündən etibarən bütün siqaretlərin qiyməti qalxıb. Məsələn, 2.70 manata olan “Kent” hazırda 2.90 manata satılır. Lakin daha ucuz məhsulların qiymətlərində hələ ki, artım olmayıb. Məsələn, qiyməti 1.20 manat və bundan da aşağı olan məhsullar bahalaşmayıb.

Sayt yerli istehsalçıların qiymətlərində artımın olub-olmamasını da öyrənməyə çalışıb. Naxçıvanda yerləşən və yerli tütün məhsullarının istehsalı ilə məşğul olan “CAHAN TOBACCO” Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) verilən məlumatda qeyd olunur ki, tütün məhsullarının qiymətlərinin qalxması ilə bağlı şirkət tərəfindən hər hansı qərar verilməyib.

“Ötən ilki qiymət siyasəti hələ də saxlanılır. Bu gündən işə çıxmışıq. Hələ ki, qiymətlər stabildir. Lakin qiymətlərlə bağlı şirkət tərəfindən hansısa qərarın verilib-verilməyəcəyi haqda konkret məlumat verə bilmərik” – deyə “CAHAN TOBACCO”dan bildirilib.

Yerli siqaret məhsullarının istehsalı və ixracı ilə məşğul olan “EUROPEAN TOBACCO-BAKU” Açıq Səhmdar Cəmiyyətindən də bildirilib ki, onların məhsullarında heç bir qiymət artımı olmayıb.

Qeyd edək ki, tütün və tütün məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO