6-01-2019, 09:30 Oxunub: 225

Bakıda yeni avtovağzal tikilib

Bakıda yeni avtovağzal tikilib















Paytaxt ərazisində yeni avtovağzal inşa edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova azvision.az-a bildirib ki, yeni avtovağzal Cənub, Cənub-Şərq istiqamətində daşımaları həyata keçirəcək.

“Bakı Beynəlxalq Avtovağzalında ölkənin bütün istiqamətlərinə, həmçinin beynəlxalq istiqamətlər üzrə reyslər var. Cənub və Cənub-Şərq istiqamətində isə sərnişin daşımaları Lökbatan dairəsindən həyata keçirilirdi. Həmçinin orada olan ticarət mərkəzlərinə gələn və qayıdan insan axını çox olduğu üçün dairədə avtomobil sıxlığı müşahidə edilirdi. Nəticədə avtonəqliyyat vasitələrinin gediş-gəlişinə maneçilik törədilirdi. Dövlət Yol Polisi ilə birlikdə həmin dairədə avtonəqliyyat vasitələrinin dayanması yığışdırılıb”.

N.Allahyarova qeyd edib ki, artıq ərazidə Bakı-Cənub Avtovağzalı tikilib və sərnişinlərin daşınması qismən oradan həyata keçirilir. “Avtovağzal tam olaraq hazırdır. Artıq bir hissəsindən sərnişinlərin daşınması üçün istifadə edilir. Lakin bəzi tamamlanma işləri bitdikdən sonra fevral ayından etibarən avtovağzal tam istifadəyə veriləcək. Bir daha qeyd edirik ki, sərnişin daşımaları həmin avtovağzalda həyata keçirilməlidir. Avtovağzaldan kənar həyata keçirilən bütün daşımalar qeyri-qanunidir”.
Bu yolda rənglənmə işləri aparılacaq Bu yolda rənglənmə işləri aparılacaq Iqtisadiyyat Bakı avtovağzalına yeni mətbuat katibi təyin olundu Bakı avtovağzalına yeni mətbuat katibi təyin olundu Sosial Nazirlər Kabinetindən nəqliyyatla bağlı MÜHÜM QƏRAR Nazirlər Kabinetindən nəqliyyatla bağlı MÜHÜM QƏRAR Sosial Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək Sosial Bakı-Sumqayıt yolu yenə bağlanır Bakı-Sumqayıt yolu yenə bağlanır Sosial