Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili
Iqtisadiyyat
Oxunub: 562
6 yan 2019 | 14:22
Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili














2018-ci ilin sonlarına doğru maşın bazarında bahalaşma müşahidə olundu. 2019-cu ilin ilk günlərində isə bahalaşma özünü istehlak bazarında göstərdi.

Şübhəsiz ki, un, ət, alkoqollu içkilər və tütün məhsullarının bahalaşması əhali arasında narahatlığa səbəb olur.

Bəs görəsən, istehlak bazarında nə baş verir? Bahalaşma nə ilə əlaqədardır və qiymət artımı nə vaxta qədər davam edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bəzi istehlak məhsullarının qiymət artımının gözlənilən olduğunu bildirib. O, bahalaşmanı aksiz və gömrük rüsumlarının qaldırılması ilə əlaqələndirib:

“Aksiz dərəcələrində artımla əlaqədar tütün və alkoqollu içkilərin qiymətinin bahalaşması öncədən proqnozlaşdırılmışdı. Bu da sosial məsələ olmadığı üçün ciddi narazılığa da səbəb olmadı. Dünya ölkələrində aksiz dərəcəsinin artırılması yolu ilə tütün məmulatları və alkoqollu içkilərin qiymətini artırmaqla, onun istehlakını azaltmağa çalışırlar”.

Ekspert siqaret və alkoqollu içkilərin qiymət artımının qaçaqmalçılığa yol açacağını bildirib:

“Azərbaycan izolə edilmiş məkan deyil. Ticarət tərəfdaşları və sərhəd qonşuları var. Gürcüstan, Rusiya və İran kimi ölkələrdə əgər tütün və alkoqollu içkilərin qiyməti daha ucuzdursa, bu, ciddi şəkildə qaçaqmalçılığa zəmin yaradacaq. Demək olar ki, hər gün qaçaqmalçılıqla bağlı xəbərlərin yayılması da təsadüfü deyil. Yəni bu cür məmulatların aksiz və gömrük rüsumlarını artırarkən, mütləq qonşu ölkələrdəki qiymətlər nəzərə alınmalıdır ki, qaçaqmalçılığa rəvac verilməsin və bu hal stimullaşmasın. Düşünürəm ki, belə bir artım 2019-cu ildə qaçaqmalçılığın artmasına gətirib çıxaracaq”.

Ekspert avtomobil bazarındakı qiymət artımına da münasibət bildirib:

“Avtomobil bazarındakı qiymət artımı da öncədən bilinirdi. Çünki buna aksiz dərəcələrindəki artım səbəb oldu. Bu da anlaşılan məsələ deyil. Çünki dünya ölkələrində gömrük rüsumları və aksiz dərəcələri avtomobillərə o zaman tətbiq olunur ki, ciddi yerli istehsal olsun. Bu da yerli istehsalın qorunması üçün atılan addımdır. Amma Azərbaycanda ciddi yerli istehsal yoxdur”.

Natiq Cəfərli ərzaq bazarında bahalaşmanı uzun illərdən bəri formalaşan ənənə ilə əlaqələndirib:

“Azərbaycanda uzun illərdir ki çox pis ənənə formalaşıb. Qış aylarında, əsasən də yeni ildən əvvəl tələbatın artımından asılı olaraq yerli kənd təsərrüfatı və ərzaq məhsullarının bazardan yavaş-yavaş çəkilməsinə görə qiymətlər artır. Novruz bayramına qədər bu artım davam edir. Yalnız mayın sonu və yayın əvvəlində yerli istehsal məhsullarının bazarda çoxalmasından sonra qiymət artımında bir qədər səngimə müşahidə olunur. Bu, olduca pis ənənədir. Bayramlardan öncə müxtəlif ölkələrdə endirim aksiyaları olduğu halda, Azərbaycanda qiymət artımı baş verir”.

Ət və unun qiymət artımına gəlincə, ekspert səbəbləri belə açıqlayıb:

“Ətin qiymətinin artmasına gəlincə, bu, yerli istehsalın azalması ilə əlaqədardır. Çünki pambıqçılığa önəm verilməsi bəzi otlaq sahələrinin azalmasına səbəb oldu. Bu da yem bazasının zəifləməsinə gətirib çıxardı ki, sonda xırda və iribuynuzlu heyvanların sayının azalması ilə nəticələndi. Hətta xaricdən gətirilən ətin miqdarı az qala iki dəfə artıb. Keçən ilin noyabr ayına olan məlumata görə, xaricdən 65 milyon dollarlıq ət alınmışdı. Hansı ki, tarixdə belə şey olmamışdı. Xaricdən idxal da ətin qiymətinin artmasına gətirib çıxarır.

Unun qiymətinin artımı isə iki səbəblə əlaqəlidir. Yerli taxıl sahələri azaldı, bu da məhsuldarlığa təsir göstərdi. Rusiya və Qazaxıstanda taxılın qiymətində 10 faizlik artım oldu. Bizim taxıl donorlarımız da əsasən həmin ölkələr olduğu üçün bahalaşma qiymət artımına təsirsiz ötüşmədi”.

İqtisadçı bahalaşmanın getdikcə artacağını da proqnozlaşdırıb:

“Novruz bayramına, hətta yay aylarına qədər ərzaq bazarında qiymətlərin addım-addım artması müşahidə olunacaq”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO