9-01-2019, 10:18 Oxunub: 141

Azərbaycanda uşaq avtoşəhərcikləri, avtomeydançaları yaradılacaq

Azərbaycanda uşaq avtoşəhərcikləri, avtomeydançaları yaradılacaq














Azərbaycanda uşaq avtoşəhərcikləri, avtomeydançaları yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

Sənəddə vurğulanır ki, yol hərəkəti iştirakçıları kimi uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkətini tənzimləyən qanunvericilik təkmilləşdiriləcək.

Həmçinin 2019-2020-ci illərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün uşaq avtoşəhərciklərinin, avtomeydançalarının və digər əyləncə-təlim məkanlarının yaradılması və yerləşdirilməsi qaydası hazırlanacaq, belə yerlər ölkənin müxtəlif ərazilərində yaradılacaq.
Azərbaycanda bu maşınlar üçün xüsusi hərəkət zolaqları yaradılacaq Azərbaycanda bu maşınlar üçün xüsusi hərəkət zolaqları yaradılacaq Sosial Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı elmi tədqiqat mərkəzi yaradılacaq Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı elmi tədqiqat mərkəzi yaradılacaq Sosial Azərbaycanda gənclər kanalı yaradılacaq Azərbaycanda gənclər kanalı yaradılacaq Iqtisadiyyat Uşaq bağçalarına nəzarət gücləndirilir - Fərdi videomüşahidə yaradıla bilər Uşaq bağçalarına nəzarət gücləndirilir - Fərdi videomüşahidə yaradıla bilər Sosial Azərbaycanda yeni qurum yaradılacaq Azərbaycanda yeni qurum yaradılacaq Siyaset