Bakı Avtovağzalında avtomobillərin girişi üçün yeni qiymətlər
Iqtisadiyyat
Oxunub: 534
10 yan 2019 | 22:30
Bakı Avtovağzalında avtomobillərin girişi üçün yeni qiymətlər















Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin girişi üçün verilən vaxt limitinin ləğv olunmasının səbəbi və yeni tariflər açıqlanıb.

Minval.info xəbər verir ki, bu bardə Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Trend-ə açıqlama verib. O, bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişdirilib və bundan əlavə, istifadəçilərə abunə kartları təklif olunur.

P.Məmmədovanın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 dəqiqə) ötən ayın 1-dən etibarən tətbiq olunan yeni qaydalardan sonra ləğv olunub:

“Bildiyiniz kimi, avtovağzal ərazisinə 2 tərəfdən giriş mövcuddur. Bu səbəbdən tıxaca düşmək istəməyən sürücülər yuxarı girişdən avtovağzala daxil olaraq, buranı keçid məntəqəsi kimi istifadə edirdilər.

Avtovağzal özəl ərazidir, qeyd etdiyim məqsədlər üçün buradan istifadə edən sürücülər xaos yaranmasına səbəb olurdu. Yaranan sıxlıq sərnişinlərin avtovağzal ərazisində rahat hərəkətinə çətinlik yaradırdı.

Ərazini keçid məntəqəsi kimi istifadə edən sürücülərin, eyni zamanda sərnişin qismində müştəri cəlb etmək üçün avtovağzala daxil olan taksilərin yaratdığı qarışıqlıq əllərində yükü olan, səfərə çıxmağa hazırlaşan sərnişinlərin avtovağzalın giriş hissəsinə daxil olmasına imkan vermirdi.

Avtomobilini daha uzaq yerdə saxlayıb, yüklərlə o qədər məsafə qət etmək isə sərnişinlərin təbii narazılığına səbəb olurdu”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, vətəndaşın avtovağzala daxil olması, perrona qalxıb bilet alması və ya hər hansı bir yaxınını yola salması 20 dəqiqədən artıq vaxt tələb edir.

Bu da o deməkdir ki, girişin 0-20 dəqiqə pulsuz olması ərazinin yuxarıda qeyd edilən məqsədlərlə istifadəsinə gətirib çıxarırdı:

“Nəzənizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan yeni tariflər belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər”.
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”