“Güzəştli mənzil” almaq istəyənlərin — NƏZƏRİNƏ
Iqtisadiyyat
Oxunub: 1 073
15 yan 2019 | 10:24
“Güzəştli mənzil” almaq istəyənlərin — NƏZƏRİNƏ















Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimində rahatlığını təmin etmək məqsədi ilə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 12 yanvar 2019-cu il tarixində saat 15:00-dan saat 15:30-dək sistemin sınaq mühitində mənzil seçimini təşkil edib.

Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib. Məlumata görə, sınaq seçimində 1709 nəfər iştirak edib.

İstifadəçilərin sınaq seçiminə böyük marağını və çoxsaylı müraciətlərini nəzərə alaraq, həmçinin daha çox istifadəçinin sınaq mühitində iştirakına şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil seçimi 12 yanvar 2019-cu il tarixində saat 16:00-dan saat 16:30-dək yenidən aktivləşdirilib.

“Güzəştli mənzil” sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 15 yanvar 2019-cu il tarixindən “Güzəştli mənzil” sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verəcək.

Satış modulunun sınaq versiyası 15 yanvar 2019-cu il tarixindən 24 yanvar 2019-cu il tarixinədək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənəcək və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər. Mənzil seçimi prosesi – satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlanacaq Yasamal Yaşayış Kompleksində 174 mənzilin seçimi ilə identikdir.

Diqqət: Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında “108” çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO