“Muğanbank”ın faiz gəlirləri azalıb – Bank ötən il mənfəət vergisini də ödəməyib
Iqtisadiyyat
Oxunub: 497
30 yan 2019 | 13:32
“Muğanbank”ın faiz gəlirləri azalıb – Bank ötən il mənfəət vergisini də ödəməyib















“Muğanbank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatı dərc edilib. Hesabatdan aydın olur ki, “Muğanbank” ötən ili mənfəətlə başa vursa da, bankın faiz gəlirlərində 2017-ci illə müqayisədə 5 faizə yaxın azalma qeydə alınıb.

Belə ki, 2017-ci ildə 42 milyon 794 min manat faiz gəliri qazanan bank, 2018-ci ildə 40 milyon 887 min manat qazana bilib. Ümumilikdə 2 milyon manata yaxın faiz gəliri itirən “Muğanbank” həm də ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün də 6 milyon 54 min manat ayırmalı olub.

Xatırladaq ki, son illər mətbuatda “Muğanbank”ın çətin maliyyə vəziyyətinə düşdüyü, banka Mərkəzi Bank tərəfindən xəbərdarlıq edildiyi, bağlanma ehtimalının yarandığı və s. barədə məlumatlar yer alıb. Bu da təsadüfi sayılmır, çünki bankın maliyyə göstəriciləri son illərdə onun vəziyyətinin qənaətbəxş olmadığından xəbər verirdi.

Bunun sübutu kimi “Muğanbank”ın 2017-ci ildən 6.5 milyon manata yaxın ziyanla çıxmasını göstərmək olar. Doğrudur, bank 2018-ci ili 1 milyon 430 min manat mənfəətlə başa vurub, ancaq göründüyü kimi, bu məbləğ ötən illərdəki ziyanı qapatmaq imkanında deyil.

Bununla yanaşı, maliyyə hesabatından belə görünür ki, “Muğanbank” ötən il mənfəət vergisini də ödəməyib.

Bank 26 milyon 772 min manat əməliyyat mənfəəti əldə etmək üçün ümumilikdə 25 milyon 342 min manat işçi heyətinə, əməliyyat xərclərinə və s. xərclərə vəsait ayırmalı olub. “Muğanbank”ın məcmu kapitalı isə 82 milyon 550 min manata çatıb ki, bu da Mərkəzi Bankın tələb etdiyi normadan yüksəkdir.

Xatırladaq ki, “Muğanbank” bank dairələrində daha çox “Odlar Yurdu” universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin bankı kimi tanınır. Mətbuatda sözügedən bankın adı hətta “MTN işində” belə hallandırılıb və riskli banklardan biri kimi də təqdim olunub.

Məlumat üçün onu da bildirək ki, bankın səhmdarlarının nizamnamə kapitalındakı pay bölgüsü aşağıdakı kimidir: Mehdiyev Elmir Maqbet oğlu – 63,50 faiz (Ə.Vəliyevin kürəkəni, həmçinin bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 faiz (Ə.Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10 faiz(Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 faiz (Ə.Vəliyevin qudası)…

///azpoltika.info
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır