10-02-2019, 18:53 Oxunub: 85

Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı 120% artıb

Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı 120% artıb














2018-ci ildə Azərbaycan Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazarlardan biri olub.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

İllik müqayisədə ötən il Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixrac həcmində 120% artım qeydə alınıb.

2018-ci ildə qonşu ölkədə aqrar məhsulların ixracı baxımından yeni rekord qeydə alınıb. Hesabat dövründə Gürcüstan 959,2 mln. dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Bu göstərici illik müqayisədə 23,2% çoxdur.

Ötən il Gürcüstandan ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarının ilk beşliyinə şərab, qoyun və keçi əti, alkoqolsuz qazlaşdırılmış içkilər, mineral və içməli sular və spirtli içkilər daxil olub. (“Report”)
Kənd təsərrüfatı məhsullarının istehsalı artdı Kənd təsərrüfatı məhsullarının istehsalı artdı Iqtisadiyyat İranda bu məhsulların ixracı qadağan edildi İranda bu məhsulların ixracı qadağan edildi Iqtisadiyyat İlin əvvəlindən Gürcüstandan Azərbaycana 23,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub İlin əvvəlindən Gürcüstandan Azərbaycana 23,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub Iqtisadiyyat 5 min fərq 5 min fərq Iqtisadiyyat / Sosial Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə azaldıb Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə azaldıb Iqtisadiyyat