30 min iş yeri bu adamlar üçün açılacaq – təfsilat
Iqtisadiyyat
Oxunub: 633
15 fev 2019 | 10:13
30 min iş yeri bu adamlar üçün açılacaq – təfsilat















Ödənişli ictimai işə cəlb olunanlara minimum əmək haqqı miqdarında maaş verilir

Fevralın 13-də Beyləqanda səfərdə olan prezident İlham Əliyev bildirib ki, bu il 30 min nəfər ödənişli ictimai işlərə cəlb olunub.

Qeyd edək ki, bu barədə prezident regionların sosial-iqtisadi inkişafına dair 3-cü proqramın yekunlarına həsr olunmuş konfransda da məlumat verib: “O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əmək haqqı alır”.

Öğdənişli ictimai işlər nədir? Ora kimlər cəlb olunur? Suallarımıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu proses prezident İ.Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramı çərçivəsində həyata keçirilir. Proqramın icrasına bu il yanvarın əvvəlindən start verilib. Nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində bu il 30 min nəfərin belə işlərə cəlb olunması nəzərdə tutulur. İndiyədək artıq 25 min nəfər işlə təmin olunub, qalan 5 min nəfərin də fevralın sonunadək təmin olunması nəzərdə tutulur: “Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) məşğulluq mərkəzlərində iş axtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir. ”Məşğulluq haqqında” Qanununa əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyır. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir”.

Proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanır: “Müqavilə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bu da həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əmək haqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ”DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əmək haqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək”.

“İşsizin DOSTU” proqramı çərçivəsində əmək müqaviləsi işçi ilə 1 illik bağlanır və müvəqqəti xarakter daşıyır: “Gələcəkdə isə işçinin istəyindən asılı olaraq müqavilə müddəti artırıla bilər. Bu işçilər günün bir hissəsi, yaxud həftənin müəyyən günlərində işləyir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “Yeni Müsavat”ın sualına cavab olaraq verdiyi məlumata görə, ödənişli ictimai işlərə görə vətəndaşlara minimum əmək haqqı miqdarında əmək haqqı verilir: “Bu, cənab prezidentin çox nəcib təşəbbüsüdür. Dünən Beyləqanda olanda da vurğuladı ki, bu il 30 min insan belə müvəqqəti işlə təmin olunacaq. Xüsusi olaraq vurğulayım ki, bütün rayonlar bu proqramla əhatə olunur. Hər rayon üzrə kvota müəyyənləşdirilib. 30 min nəfər rayonlar üzrə bölünüb, işlə təmin olunur. Onlara verilən əmək haqqı martın 1-dən 180 manat olacaq”.
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir