Azərbaycanın ən varlı rayonları açıqlandı
Iqtisadiyyat
Oxunub: 743
17 fev 2019 | 11:47
Azərbaycanın ən varlı rayonları açıqlandı














Hazırda ölkə banklarındakı əmanətlərin həcmi 8 milyard 375 milyon manatdır.

Oxu.Az xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 707 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur, başqa sözlə, bütün varlılar paytaxta toplanıb. Halbuki, ölkə əhalisi 10 milyona çatır və rəsmən onların 2 milyon 262 min nəfərinin Bakıda yaşadığı bildirilir.

Belə çıxır ki, rayonların qeydiyyatında olan 7 milyon nəfərdən çox əhalisinin ehtiyat kimi banklarda cəmi 668 milyon manat pulu var?!

Göründüyü kimi, rəqəmlərin arasındakı nisbət çox böyükdür və paytaxt ilə ölkənin on iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

Statistikaya baxsaq, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu birincidir. Burada yaşayan 568 min nəfərin banklarda 192 milyon 700 min manat pulu var, başqa sözlə, adambaşına 339 manatdan bir az çox əmanətə sahibdirlər.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan 1 milyon 274 min nəfər 162 milyon 151 min (adambaşına 127 manat), Aran iqtisadi rayonunda yaşayan 2 milyon nəfər isə 112 milyon 778 min manat (adambaşına 56 manat) bank əmanətinə sahibdir.

Quba-Xaçmazda yaşayan 544 min nəfərin isə bankda cəmi 53 milyon 153 min manat pulu var. Lənkəranın 927 min nəfər əhalisi banklara 46 milyon 149 min manat pul qoyub.

Şəki-Zaqatalada yaşayan 616 min nəfər isə 36 milyon 618 min manat pulunu banklara etibar edib. Naxçıvanın 453 min sakini banklara 37 milyon 116 min manat (adambaşına 81 manat) yerləşdirib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 3 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6,7% təşkil edir. 5 milyard manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,8 faizdir.

Təbii ki, əhalidə olan vəsaitin böyük bir hissəsi “yastıqaltı pullar”dır və nəzərə almaq lazımdır ki, regionlarda yaşayan əhali xüsusilə bank xidmətlərindən daha az istifadə edir.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE