Hökumət problemli kreditlər məsələsini həll edir – İddia
Iqtisadiyyat
Oxunub: 523
19 fev 2019 | 10:24
Hökumət problemli kreditlər məsələsini həll edir – İddia














Mərkəzi Bank, Maliyyə Nazirliyi və banklarla müzakirələrin başladığı deyilir; dəqiq və işlək mexanizm hazırlanması 2-3 ay vaxt apara bilər

Ölkə rəhbərliyinin atdığı bir sıra addımlardan sonra üç ildən çoxdur əhalini narahat edən əsas problemlərdən biri – vaxtı keçmiş kreditlər məsələsi də gündəmə gətirilib. Milli Məclisin üzvü Vahid Əhmədovun ölkə prezidentinə bu problemin həllinə dəstək verməsi ilə bağlı müraciət etməsindən sonra bir sıra ekspertlər məsələnin həllinə dair təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 milyard 585 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1 faiz, ötən il yanvarın 1-nə nisbətən isə 2,6 faiz azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2 faiz təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4 faiz, ötən ilin əvvəlinə isə 13,8 faiz olub.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanda 700 min nəfərdən çox insanın problemli krediti var. Bundan əlavə, mövcud problemli kreditlərin 95 faizindən yuxarısı xarici, əsasən isə ABŞ dollarında olan kreditlərdir. Onların böyük əksəriyyəti 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranıb.

Qaytarılmaya kreditlərlə bağlı bank müraciətləri əsasında vətəndaşlara qarşı qaldırılmış məhkəmə iddialarının sayı 100 minlərlə ölçülməkdədir. Yüz minlərlə insanın əmlakına, əmək haqqına əl qoyulub, ölkədən çıxışı yasaqlanıb. Bütün bunlar isə əhalidə ciddi narazılıqların yaranmasına gətirib çıxarıb.

Buna görə də məsələnin geniş çevrələrdə müzakirəsindən sonra bütün nəzərlər ölkə rəhbərliyinə dikilib. Əldə etdiyimiz məlumata görə, Azərbaycan hökuməti geniş ictimaiyyətin ən çox gözlədiyi addımlardan birini atmağa – problemli kreditlər məsələsinə əl qoymağa hazırlaşır. Bu məqsədlə Mərkəzi Bank, Maliyyə Nazirliyi və banklarla müzakirələrin aparıldığı bildirilir.

Məlumata görə, dövlətin problemin həllinə dəstəyi iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə ödənməmiş hissəsi 1500 dollara qədər olan bütün kreditlər banklar tərəfindən güzəşt kimi ləğv ediləcək. Bu zaman yaranan maliyyə yükünü banklar çəkəcək. 1500 dollardan 5000 dollara qədər olan kreditlərin isə mühüm bir hissəsinin dövlət tərəfindən qarşılanacağı, qalan cüzi hissəsinin ödənişi üçün vətəndaşlara daha uzun və faizsiz müddət müəyyənləşdiriləcəyi gözlənilir.

Etibarlı mənbələrdən verilən məlumata görə, hazırda banklardan problemli borclarla bağlı məlumatlar toplanmaqdadır. Həmin məlumatların analiz olunması və ümumiləşdirilməsi prosesinin bir qədər zaman aparacağı gözlənilir. Buna prosesi ağırlaşdıran bəzi amillər təsir edir. Bunlardan birincisi bankların problemli kreditlərin sayını və məbləğini gizlətməyə çalışmaları ilə bağlıdır. Belə ki, əksər banklar ümumi göstəricilərinin pisləşməməsi üçün qaytarılmayan xeyli miqdarda krediti problemli kreditlər siyahısına daxil etmirlər. Bundan əlavə, banklardakı problemli kreditlərin xeyli hissəsi bank rəhbərləri və onlara yaxın çevrələrə verilmiş irihəcmli kreditlərdir. Bu səbəbdən də banklar onlar barədə məlumatları açıqlamaqda həvəsli deyillər. Nəhayət, bir çox vətəndaşlar var ki, ödəniş imkanları olsa da, kreditləri qaytarmaqdan imtina edirlər. Bütün bunlar problemin həlli üçün dəqiq və işlək mexanizm hazırlanması müddətinin uzanmasına, azı 2-3 ay vaxt aparmasına səbəb ola bilər.(musavat.com)
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO