Ekspert “800”, Komitə sədri “400-ə yaxın” deyir
Iqtisadiyyat
Oxunub: 655
20 fev 2019 | 16:47
Ekspert “800”, Komitə sədri “400-ə yaxın” deyir














“Bakıda təqribən qeydiyyatsız 800-dən artıq istismara qəbul olunmayan çoxmənzilli bina var”
Bunu Əmlak ekspert mərkəzinin direktoru Ramil Osmanlı bildirib.

“Bütövlükdə nəinki paytaxt Bakıda, həmçinin digər regionlarda da belə binalar var. Bu fərman çoxmənzilli binalar üzrə uzun illərdən bəri yığılıb qalmış qeydiyyat probleminin həllinə birbaşa təkan verəcək. Bilirsiniz ki, bir mənzilin bir neçə nəfərə satılması halları müqavilə ilə satılan mənzillərdə baş verirdi. Sözsüz ki, çıxarış olandan sonra artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətində həmin mənzillərin reyestri aparılacaq.Bütün əməliyyatlar notarial qaydada həyata keçiriləcək. Hətta alqı-satqı əməliyyatları zamanı qısa zamanda elektron çıxarışın alınması da mümkündür”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır.

Fevralın 19-da Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Fövqəladə Hallar Nazirliyinin rəsmisi bildirib ki, insan həyatı üçün təhlükənin olduğu binalar istismara qəbul edilməyəcəkdir. Yalnız, torpaqdan istifadə və memarlıq tələblərinin pozulması halları bağışlanacaqdır. Tikinti sahəsinə dair təhlükəsizlik tələblərinin, yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulduğu binalar istismara qəbul edilməyə bilər.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, istismara qəbul edilməmiş 400 binadan təxminən 270-nin müsbət rəyləri var:

“Lakin təkcə Fövqəladə Hallar Nazirliyinin qurumlarının müsbət rəy verməsi kifayət deyil. Çünki binalarda layihədən kənarlaşmalar var, torpaq sənədləri qaydasında deyil və ya torpaqlar təyinatı üzrə istifadə edilməmişdir. Tutaq ki, bina kənd təsərrüfatı torpaqlarında və ya sənaye məqsədli torpaqlarda tikilmişdir. Prezidentin bugünkü Fərmanı ilə yalnız memarlıq və torpaqdan istifadə nöqteyi nəzərindən tələblərin pozulmasına aministiya verilir, səhvlər bağışlanır. Fərman ilə təhlükəsizlik ön plana çıxarılır. Təhlükəsizlik tələblərinin pozulması bağışlanmır”.
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb