“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
Iqtisadiyyat
Oxunub: 680
22 fev 2019 | 00:19
“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək














Ölkənin ən gənc mobil operatoru olan “Nar”, şəbəkənin genişləndirilməsi, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası ilə yanaşı, ölkə üçün əhəmiyyətli sosial layihələr reallaşdırmaqdadır.
Mobil operator özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli insanlara qayğı, onların cəmiyyətə inteqrasiyası, eyni zamanda təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliğı istiqamətində sosial layihələrini bu il də davam etdirəcək. Xüsusilə də fiziki məhdudiyyətli insanların işlə təmin olunması, onların müxtəlif peşə bacarıqlarına yiyələnməsi istiqamətində müxtəlif addımlar atacaq. Qeyd edək ki, “Nar” ötən il 21 sosial layihəni uğurla icra edib.

“Azerfon”un İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, “Nar” telekommunikasiya sahəsinə irihəcmli investisiyalar yatırmaqla yanaşı, əhəmiyyətli sosial layihələr həyata keçirməkdə davam edəcək: “”Nar” telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə iştirak etməyi özünə borc bilir. “Nar” olaraq, korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bu il də əsas hədəfimiz fiziki məhdudiyyətli insanlara dəstək, eləcə də elm və təhsilin təbliğidir”.
Xatırladaq ki, “Nar” ötən il bir çox uğurlu layihələr icra edib. Autizm sindromundan əziyyət çəkən, eşitmə məhdudiyyəti olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olub. Mobil operator eyni zamanda, gənclərdə oxumaq həvəsini artırmaq, gənc kadrların formalaşması üçün müsabiqələrə, intellektual yarışlara dəstəyini nümayiş etdirib, müxtəlif universitetlərlə əməkdaşlıq qurub və onların təqaüd proqramında iştirak edib.
Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...