“Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir
Iqtisadiyyat
Oxunub: 685
27 fev 2019 | 13:40
“Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir















Ölkənin ən gənc mobil operatoru olan “Nar”, abunəçilərinin yüksəksürətli internetə olan gündəlik tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir. Bu məqsədlə mobil operatorun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər. “Nar”-ın yüksəksürətli internetə çıxış imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında böyük maraqla qarşılanıb. Belə ki, son 1 ayın nəticələrinə əsasən, “Qutu” istifadəçilərinin sayı 50%, “Nar Wi-Fi” istifadəçilərinin sayı 22%, “Nar MiFi” istifadəçilərinin sayı isə 40% artıb. Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi hər 3 məhsul abunəçilərə innovativ xidmətlərdən yararlanaraq hər zaman onlayn olmağa və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə etməyə imkan verir.

“Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar” təqdim etdiyi məhsul və həllərlə abunəçilərin gündəlik həyatlarına rahatlıq gətirən telekommunikasiya şirkətinə çevrilib: “Nar” olaraq bu istiqamətdə təqdim etdiyimiz məhsullar müasir dövrün tələblərinə, abunəçilərin ehtiyac və istəklərinə uyğundur. Müştəriyönümlü brend strategiyamıza əsaslanaraq, “Nar” bundan sonra da təqdim etdiyi məhsul və həllərlə müştərilərinin gündəlik həyatlarında etibarlı tərəfdaş olmağı hədəfləyir.“

Qeyd edək ki, “Nar Wi-Fi” yeni mənzilə, ofisə və ya bağ evinə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün ən münasib məhsuldur. “Nar Wi-Fi” sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə (LTE / 4G) çıxış əldə edir.
Mobil operatorun təqdim etdiyi digər məhsul - “Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olur və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edir. “Nar MiFi” cihazını istifadəçi istənilən yerə apara və interneti dostları və yaxınları ilə asanlıqla paylaşa bilər.

“Nar”-ın təqdim etdiyi “Qutu” isə Azərbaycanın rabitə bazarında ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi ilə “Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...