Azərbaycanda geoloji parklar yaradılacaq
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri artırılır.
ONA-nın məlumatına görə, bununla bağlı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklik martın 5-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən geoloji parkların xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri sırasına daxil edilməsi təklif olunur.
Sənəddə qeyd edilir ki, geoloji parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan obyektlərin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə, yaxud təşkilat statusuna malik olan ərazilərdir. Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, sü, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.
Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil ediləcək. Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun fəaliyyət göstərəcək.
Geoloji parkların əsas vəzifələri aşağıdakılar olacaq:
– geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq;
– turizm və rekreasiya üçün şərait yaratmaq;
– elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirmək;
– təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
– əhalini maarifləndirmək;
– geoloji monitorinqi həyata keçirmək.
Geoloji parkların ərazilərində onların təbii geoloji və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı elementləri tətbiq olunacaq və aşağıdakı fəaliyyət zonaları üzrə bölgüsü müəyyən ediləcək:
– xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
– geoturizm və rekreasiya zonaları;
– geomuzeylər və tədris-məşğələ obyektləri zonaları;
-geoparkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
Sənəddə o da qeyd edilir ki, Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi çıxış edib. Qanunun qəbulundan sonra bir sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur.
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH