“Paytaxtda qanunsuz bina tikilir, qurumlar göz yumur” – Açıqlama
Iqtisadiyyat
Oxunub: 795
30 mar 2019 | 19:33
“Paytaxtda qanunsuz bina tikilir, qurumlar göz yumur” – Açıqlama















Arif Əmirov qardaşı Oktay Əmirovdan ona miras qalan torpaqda qanunsuz hündürmərtəbəli binanın tikildiyini iddia edir.

O, bu barədə “Qafqazinfo”ya müraciətində danışıb. Şikayətçi qeyd edib ki, “Murad-MS MMC” şirkəti 2016- ci ildən 8-ci mikrorayon 3078-ci məhəllə, 21-ci binanın qarşısında tikintiyə icazə sənədi olmadan 17 mərtəbəli bina tikir:

“Buna etiraz olaraq ilk dəfə bina sakinləri Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovla görüşüblər. Bina sakini Əbülfəz Hacıyevin adına gələn məktubda tikintinin qanunsuz olduğu vurğulanıb. Amma tikinti yenə də davam etdi. Daha sonra mən özüm Dövlətxan müəllimlə görüşdüm və o, mənə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Komissiyasına məktub təqdim etməyimi bildirdi. Həmin komissiyanın 0563 nömrəli qərarında göstərilir ki, yoxlama zamanı şirkətin torpaqda tikintiyə dair icazə sənədinin olmadığı məlum olub.

Bundan sonra tikinti işləri müəyyən müddətə dayandırıldı. Şirkət yenidən Arxitektura komitəsinə müraciət edərək tikintini davam etdirmək üçün kod reyestr və xüsusi nişan alıb. Ancaq kod reyestr tikinti icazəsi demək deyil. Tikinti Məcəlləsində də qeyd olunub ki, ilk olaraq torpağa dair icazə sənədi olmalıdır. Mənə çox maraqlıdır ki, bu adamlar tikinti icazəsi olmadığı halda bunu necə apara bilirlər? Mən birinci vitse-prezidentin katibliyində də olmuşam. Katiblik Ədliyyə Nazirliyinə torpağın kimə adi olmasını araşdırmaq üçün məktub göndərib. Nazirliyin bələdiyyələrlə iş üzrə mərkəzindən mənə gələn məktubda da qeyd olunub ki, torpaq Əmirov Oktayın adınadır.

Şəhərsalma və Arxitektura Komitəsindən bildirirlər ki, 2013- cü ildə layihələndirmə sərəncamı tikintiyə icazə sənədi kimi qəbul olunurdu. Halbuki qanunvericilikdə belə bir şey yoxdur. Paytaxtda qanunsuz bina tikilir, qurumlar isə buna göz yumur. Layihələndirmə sərəncamının və xüsusi nişanın ləğv edilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində iddia qaldırdım. Məhkəmənin hakimi Fərrux Qasımov tikintiyə icazə sənədinin olmadığına dair qərar verdi. Amma bu adamlar hansısa yollarla 1 saylı İnzibati İqtisad Məhkəməsində iş qaldırdılar. Və məhkəmə həmin qərarı onların lehinə ləğv etdi”.
“Paytaxtda qanunsuz bina tikilir, qurumlar göz yumur” – Açıqlama







“Qafqazinfo” məsələ ilə bağlı “Murad-M.S” MMC ilə əlaqə saxlayıb Şirkətdən bildirilib ki, torpaq şikayətçinin qardaşı Əmirov Oktayın adınadır. O, 2006- cı ildə bu torpağı satmaq barəsində 27 saylı notariusda alqı-satqı müqaviləsi bağlayır. Daha sonra isə Əmirov Oktay torpağı satmadan “Murad-M.S” MMC-yə təsisçi olaraq daxil olur. Yəni, torpağı payçı kimi təqdim edərək bina tikilməsinə icazə verir. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim olunub. Ona bunun üçün 700 min manat pul ödənilib. Mülk şəklində isə həyat yoldaşı Lətafət Əmirovaya pulla yanaşı, 4 mənzil də verilib. Əslində Arif Əmirovun davası Lətafət Əmirovayladır. Belə ki, Oktay Əmirov vəfat etdikdən sonra onun elə hüzr mərasimində mülk məsələsi üstündə mübahisə düşüb:

“Bizə də o hüzrdə yaxınlaşıb dedilər ki, torpağın alqı-satqı əməliyyatı təkrar onlarla aparılsın. Bu isə mümkün deyil. Ölümündən sonra 75 faiz pay onun həyat yoldaşına miras qalıb. Qalan 25 faiz pay isə anasına qalsa da, anası vəfat edib. Vərəsələr arasında qardaş və ya bacının olmasına dair heç bir hüquqi sənəd yoxdur. 2016- ci ildə isə binanın tikintisi 7 aylıq müddəti ətrafda olan bina sakinlərinin şikayəti əsasında dayandırılıb, yəni Əmirov Arifin şikayəti əsasında bir gün belə bina tikintisi dayandırılmayıb. Biz bütün məhkəmələrdə udmuşuq. Ən son 2018-ci ilin oktyabr ayında Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb ki, Arif Əmirovun heç bir iddiası mümkün sayılmasın.

Biz başa düşmürük ki, 1 bina Bakı şəhərində nə qədər gücə malikdir ki, bütün dövlət qurumları bunun tikilib başa çatmasına göz yumsun. Ətrafda olan bina sakinlərinin bizdən heç bir narazılığı yoxdur. Bütün qanuni prosedurlar çərçivəsində bina tikilib. Binanın həyətindəki park da abadlaşdırılıb. İndi heç bina yaxınlığında yaşamayan Hüseynov Elçin adlı şəxs də tapıblar. O da bunlara qoşulub. Məhkəmə də sual verir ki, yaxşı bunun ailə üzvlərinin məsələsini başa düşdük, bəs siz kimsiniz? İndiyə kimi şikayət etmədikləri yer qalmayıb. Biz də əlimizdə olan bütün hüquqi sənədlərlə məhkəmədə qalib oluruq. Tikintiyə layihələndirmə sərəncamı verildikdən sonra xüsusi nişan da bizə təqdim olunub”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...