Kredit faizləri nə zaman və nə qədər azaldılacaq? - ƏSAS SUAL
Iqtisadiyyat
Oxunub: 806
6 apr 2019 | 20:31
Kredit faizləri nə zaman və nə qədər azaldılacaq? - ƏSAS SUAL















Bank faizlərinin azaldılması hazırda gündəmdə duran ən vacib məsələlərdən biridir.

Bu sözləri Axar.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit faizləri ilə bağlı təklifini dəyərləndirən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Azərbaycanda kommersiya banklarının kredit faizləri ilə depozit faizləri arasında kəskin fərq var:

“Belə ki, kommersiya bankları orta hesabla depozitləri manatla 7 faizlə, xarici valyuta ilə 1 və daha aşağı faizlə cəlb edir, ancaq manatla kreditləri 30 faizlə, xarici valyuta ilə kreditləri isə 12-16 faizlə təklif edirlər. Bu da kreditlərlə bank faizləri arasında kəskin fərqdən xəbər verir. Mövcud statistikaya diqqət yetirsək, Azərbaycanda kredit portfelinin həcmi 12 milyard manatdan bir az artıq, depozit portfeli isə 8 milyard manatdır. Bu o deməkdir ki, depozit portfeli kredit portfelinin 65 faizini təşkil edir. Yəni hər 100 manatın 65 manatı məhz depozit hesabına verilir. Praktik olaraq banklar bir vətəndaşdan vəsaiti cəlb edib, bəzi hallarda digər vətəndaşa 5-6 dəfə baha qiymətə təklif edir. Bu baxımdan faizlərin tənzimlənməsi çox vacibdir”.

İqtisadçı hesab edir ki, faizlərin bank sektorunda rəqabətin gücləndirilərək tənzimlənməsi daha məqsədəuyğun olardı:

“Bu strateji bir yanaşmadır və Palata həm də bank sektorundakı rəqabəti gücləndirməlidir. Bununla da faizlərin strateji dövrdə daha çox azalmasına nail olmaq mümkün olacaq”.

V.Bayramovun sözlərinə görə, kredit faizləri, o cümlədən komisyon haqları və bank xidmətlərinə maksimum həddin müəyyənləşdirilməsi səlahiyyətləri Palataya kredit faizlərini tənzimləməyə imkan verir:

“Əgər bank sektorunda rəqabətin gücləndirilməsi, bankların likvidliyinin artırılması və sağlamlaşdırılması, idarəetməsinin formalaşdırılması istiqamətində fəaliyyətlər güclənərsə, bu praktik olaraq kredit faizlərinin tənzimlənməsinə imkan verəcək. Manat və dollar krediti faizlərində bu şərtlər daxilində azalmalar mümkündür. Bankların hazırda daha çox gəlir əldə etməkdə və yüksək faizli kreditləşmədə meyilli olduğunu nəzərə alsaq, faizlərdə azalmalar qısa zamanda olmayacaq. Kredit faizlərində bu ilin sonuna doğru, 2020-ci ildə azalmalar müşahidə ediləcək”.

Ekspert orta hesabla həm manat, həm də dollar kreditlərində 3 faizə yaxın azalmanın olacağını deyib:

“Bütün hallarda Palatanın mövqeyi çox önəmlidir. Palata yalnız inzibati deyil, bu sektorda rəqabəti gücləndirməklə də faizlərin aşağı düşməsinə çalışmalıdır. Ancaq ümumilikdə mövcud səlahiyyətlərin və bank sektorunda mənfəətin olmasını nəzərə alsaq, azalma mümkündür”.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsini azaltmağı təklif edir. Təklif hələ ki, müzakirə mərhələsindədir.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb