“Nar” eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır”
Iqtisadiyyat
Oxunub: 903
1 may 2019 | 11:25
“Nar” eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır”















“Nar” fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası üçün korporativ sosial məsuliyyət (KSM) layihələrini davam etdirir. Mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif ixtisaslara yiyələnməsi və onların işlə təmin olunması üçün növbəti “Təlim məktəbi” layihəsinə start verir. “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşacaq layihə çərçivəsində üç qrupdan ibarət olan vətəndaşlar üç aylıq peşə kurslarında təlim keçəcəklər. İştirakçılar aşpaz, şirniyyat ustası, motorçu və s. kimi ixtisaslara yiyələnəcəklər. Layihə təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.

Qeyd edək ki, “Nar” tərəfindən təşkil edilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların yeni bacarıqlar əldə etməklə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.

“Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması üçün uzun müddətdir ki, uğurlu layihələr icra edib: “Artıq 3 ildən çoxdur ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə veririk. Məqsəd fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə yanaşı, onları cəmiyyətə inteqrasiya etməkdir. Layihə ilkin olaraq paytaxtda yaşayan eşitmə məhdudiyyətli insanları əhatə edəcək. Gələcəkdə isə bütün bölgələrdən olan eşitmə məhdudiyyəli şəxslər üçün peşə təlimlərinin keçirilməsini nəzərdə tuturuq”.

“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, eşitmə və danışma məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində mövcud olan problemlərin həlli cox vacibdir: “Əsas məqsədimiz bu insanların normal həyata qaytarılmasına, sosial və maddi, hüquqi, mülki və qanunvericiliklə bağlı problemlərinin həllinə kömək etməkdir. Eşitmə məhdudiyyətli insanlar müəyyən peşəyə yiyələnməklə həyatlarını maddi və mənəvi cəhətdən asanlaşdırır. “Təlim peşəsi” layihəsi eşitmə məhdudiyyətli insanların təhsil almasından sonra işlə təmin olunmasına yardım edəcək.” “Nar”-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi