“Qazın limiti ilə bağlı qərar dövlətin daim xalqın yanında olduğunu sübut edir” — Millət vəkili
Iqtisadiyyat
Oxunub: 769
1 may 2019 | 14:00
“Qazın limiti ilə bağlı qərar dövlətin daim xalqın yanında olduğunu sübut edir” — Millət vəkili















Azərbaycan Prezidenti tərəfindən əhaliyə təbii qazın satılması ilə bağlı tətbiq edilən limit həddinin 500 kubmetr qaldırması bir daha sübut etdi ki, ölkə başçısının yürütdüyü siyasətin qayəsində Azərbaycan vətəndaşının sosial müdafiəsinin təminatı və sosial rifah halının yaxşılaşdırılması dayanır.
Bunu açıqlamasında Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı bunu bir daha sübut etdi.

“Ümumiyyətlə Azərbaycan Prezidentinin dünənki çıxışı dövlətin hər zaman vətəndaşının yanında olduğunu bir daha sübut etdi. Prezidentin yürütdüyü siyasətin əsas məqsədi qısa zamanda Azərbaycanı sosial rifah ölkəsi səviyyəsinə çatdırmaq və bunun üçün də qarşıda hansı vəzifə və problemlər varsa, onu tez bir zamanda həll etməkdir. Ölkə başçısının vurğuladığı kimi bu məqsədlərə nail olmaq üçün imkanlar mövcuddur.

Onun yürütdüyü siyasətin fəlsəfəsinin mərkəzində Azərbaycan vətəndaşı, onun daha yaxşı yaşaması durur. Bu yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götrülməklə müəyyən ediləcək.Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki , bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik. Bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir . Dolayısıyla biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ən ön planda gələcəyinin şahidi olacağıq”,- deputat bildirib.

Deputat əlavə edib ki, vətəndaşlara təbii qazın tətbiqi ilə bağlı limit həddinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılması yuxarıda dediklərimizin bariz nümunəsidir:
“Ölkə başçısı öz çıxışında da bildirdi ki, bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb: “Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi qonşu ölkələrdən iki-üç dəfə aşağıdır.

Amma buna baxmayaraq, Prezident ölkə əhalisinin vəziyyətini nəzərə alaraq əhaliyə tətbiq edilən güzəştli limit həddini qaldırdı. Ola bilsin ki, kimlərsə bunu məqbul hesab etməsin. Ancaq bu müsbətə doğru addım və dövlətin vətəndaşın yanında olaraq onun qayğısına qalması, onun problemlərinə diqqət göstərməsi kimi dəyərləndirilməlidir. Yəni dövlət burada bütün imkanlarını hesablayaraq vətəndaşın xeyrinə olan addımlar atıb. Ölkə başçısı çıxışında onu da əlavə etdi ki, maliyyə imkanlarımız artır və ilk növbədə bu imkanlar insanlarımızın problemlərinin həllinə yönələcək. Biz artıq bunu şahidi oluruq”.

İ.Məmmədov əlavə edib ki, bütün bunlar son bir ildə həyata keçirilən məqsədyönlü genişmiqyaslı iqtisadi və sosial islahatların nəticəsidir:

“Biz artıq bu islahatların konkret bəhrəsini görürük. Məhz həyata keçirilən islahatlar nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, insanların sosial rifah halının yaxşılaşdırılması, o cümlədən sosial problemlərin həlli istiqamətində ciddi addımlar atıldı. Əməkhaqqılar, pensiyalar, müxtəlif növ sosial müavinət və təqaüdlərin həcmi əhəmiyyətli dərəcədə artırıldı. Ölkə başçısının söylədiyi kimi, biz artıq bütün sahələrdə islahatların uğurlu nəticələrini görürük. Prezidentin dediyi kimi, biz hər bir sahədə yeni addımlar atmalıyıq, dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoya bilərik.Əminəm ki, biz Prezidentin rəhbərliyi altında qarşıya qoyulan bütün hədəflərə nail olcağıq. Azərbaycan vətəndaşı yaxın gəlcəkdə sosial rifah halında yaşayan bir ölkəyə çevriləcək. Prezidentin yürütdüyü siyasət və həyata keçirdiyi islahatlar bunu deməsə əsas verir”.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO