Azərbaycanda qəbir yerləri pulsuz ayrılacaq
Iqtisadiyyat
Oxunub: 753
10 may 2019 | 18:22
Azərbaycanda qəbir yerləri pulsuz ayrılacaq














Azərbaycanda qəbiristanlıqlar bələdiyyələrin balansına keçiriləcək. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Komitə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb.

“Bu sənəd Nazirlər Kabinetində artıq təsdiqlənib. Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamına əsasən, qəbiristanlıqları sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib. Həmin müddət ərzində bələdiyyələrin balansına keçməli olan qəbiristanlıqlarda bu proses yekunlaşdırılacaq”, – deyə sədr müavini bildirib.

Sədr müavini həmçinin bildirib ki, sənəddə bir çox məsələ öz əksini tapıb. Məsələn, qəbiristanlıqlar salınarkən bütün normalar müəyyənləşdirilib, eyni zamanda, ən çox cəmiyyəti narahat edən məsələ torpağın pulsuz ayrılmasıdır ki, bu da sənəddə öz əksini tapıb.

“Sənəddə əksər məsələlər, demək olar ki, qəbiristanlıqların salınması, dəfn işinin təşkili ilə bağlı bütün məsələlər öz əksini tapıb, o cümlədən də torpağın pulsuz verilməsi məsələsi də. Bununla yanaşı önəmli məqamlardan biri də ondan ibarətdir ki, qəbirlər arası məsafə konkret göstərilib, qəbir daşların ölçüsü konkret gözlənilib. Düşünürəm ki, qəbiristanlıqların bələdiyyələrin balansına keçməsindən və bu prosedur yekunlaşandan sonra həmin bu sənədin icrasına başlanılacaq. Bu sənəd imkan verəcək ki, biz qəbiristanlıqlarda dəfn işləri ilə bağlı məsələləri tənzimləyə bilək. Qeyd edim ki, bu, yalnız qəbiristanlıqlar və dəfn işinin təşkili ilə bağlıdır. Yas mərasimlərinin bura aidiyyəti yoxdur”, – deyə sədr müavini bildirib.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE