Büdcəyə yük olan qurumlar... - Onları nə gözləyir?
Iqtisadiyyat
Oxunub: 881
16 may 2019 | 18:47
Büdcəyə yük olan qurumlar... - Onları nə gözləyir?













Son illər dövlət qurumlarının zərərlə işləməsi adi hala çevrilib.

Bəziləri isə bazarda tək inhisarçı qurum olmalarına baxmayaraq, zərərlə işləyir. Nəticədə isə dövlət büdcəsinə əlavə yük olurlar. Bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC (MNTM) 2018-ci ili 2 milyon 110 min manat zərərlə başa vurduğunu açıqlayıb. Qurumun maliyyə hesabatına görə, bu, 2017-ci illə 26,4 faiz çoxdur. Mərkəzin yığılmış zərəri isə 44,2 faiz artaraq 6 milyon 885 min manata çatıb. Ötən il MNTM-in gəlirləri 29 min manat, xidmətlərinin maya dəyəri 156 min manat, ümumi və inzibati xərcləri isə 1 milyon 983 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Mərkəzin aktivləri 5 milyon 755 min manat olub ki, bu da illik müqayisədə 14,5 faiz azdır. Hesabat dövründə qurumun öhdəlikləri 9,3 dəfə 333 min manata çatıb, balans kapitalı isə 19 faiz azalaraq 5 milyon 422 min manata düşüb.

Qeyd edək ki, MNTM 2014-cü ildə 3 milyon manat nizamnamə kapitalı ilə yaradılıb.

Maraqlıdır, zərərlə işləyən qurumlar niyə saxlanılır?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən büdcə təşkilatlarının, qurumların rentabelli olub-olmamasını Hesablama Palatası müəyyən edir:

“Palata həmin qurumların zərərlə işləyib işləmədiyini təyin edir. Hər yeni il başlayanda hansısa bir qurumun növbəti il üçün tədbirlər planı hazırlanır, büdcəsi, gəlirləri formalaşdırılır və müxtəlif proqnozlar verilir. Əgər qurum ili zərərlə başa vurursa, bu o deməkdir ki, onların proqnozları özünü doğrultmayıb. Fors-major hal kimi hansısa bir il zərərlə başa vurula bilər. İstənilən ölkə iqtisadiyyatı da, şirkət də, müəssisə də, mərkəz də bununla üzləşə bilər. Əgər zərərlə çıxılma mütəmadi hal alarsa, verilən proqnozlar özünü doğrultmasa, büdcə gəlirlərini formalaşdıra bilmirlərsə, bir sözlə, mənfi tendensiya davam edərsə, bu, həmin qurumun şəffaf fəaliyyətini şübhə altına alır. Belə olan halda ölkə ərazisində dövlət nəzarətini həyata keçirən Hesablama Palatası büdcə təşkilatlarının fəaliyyətini araşdırıb, təftiş aparır. Məsələyə açıqlamanı da Nəzarət Palatası verməlidir.

Əgər mənfi tendensiya illərlə davam edirsə, şübhəsiz ki, həmin qurum ya ləğv olunmalı, ya da hansısa qurumla birləşdirilməlidir. Əgər təşkilat fəaliyyətini mütəmadi mənfəətlə başa vurubsa, hansısa bir il zərərlə fəaliyyət göstəribsə, bu o demək deyil ki, həmin müəssisə heç kimə lazım deyil”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?