23-05-2019, 20:22 Oxunub: 766

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək














Hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.

FED.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir. O cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi ilə bağlı işlər görülür.

R.Səttarzadə qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır: “Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”.
Bu Avropa ölkəsində benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək Bu Avropa ölkəsində benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək Iqtisadiyyat Dizellə işləyən avtomobillərə qadağa: Maşınlar ucuzlaşacaq? Dizellə işləyən avtomobillərə qadağa: Maşınlar ucuzlaşacaq? Iqtisadiyyat Avtomobillərlə ölkədən əlavə yanacaq çıxaranların NƏZƏRİNƏ Avtomobillərlə ölkədən əlavə yanacaq çıxaranların NƏZƏRİNƏ Iqtisadiyyat Dizel və benzinlə işləyən avtomobillər qadağan edilir Dizel və benzinlə işləyən avtomobillər qadağan edilir Iqtisadiyyat Yol polisi sabahdan 150 manatlıq cərimələrə başlayır - DİQQƏT Yol polisi sabahdan 150 manatlıq cərimələrə başlayır - DİQQƏT Sosial