Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir
Iqtisadiyyat
Oxunub: 712
15 in 2019 | 21:00
Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir













“2012-ci ildə “Ata Bank”dan kredit götürdük. Dollarla hesablayıb 10 min manat yazdılar. Min manatı sığorta və s. adla özlərinə saxladılar, mənə 9 min manat verdilər. 2015-ci ildə devalvasiya oldu. Dolların məzənnəsi ilə bərabər mənim borcum da qalxdı. Bir müddət ödəyə bilmədim. Məhkəməyə verdilər. 2017-ci ildə borcumu qəpiyinə qədər ödəyib qurtardım. İndi prezident fəman verib, artıq ödədiyim məbləği mənə qaytarmalıdırlar, ancaq vermirlər”.

DİA.AZ bildirir ki, Mingəçevir sakini Şahin Məmmədov belə deyir. O, krediti “Ata Bank”ın Mingəçevir filialından götürüb. Deyir, bank ona borcunu tam ödəməsi ilə bağlı sənəd də verib. Ancaq borcun ödənilməsini sistemə vurmayıb. Nəticədə, bu gün ona veriləcək olan kompensasiya borca çıxılır:

“Hansı ki, həmin borcu ödəyib qurtarmışam. Bankın səhlənkarlığı ucbatından mən kompensasiyamı ala bilmirəm. Az pul da deyil, düz 7200 manatdır. Banka köçüb, ancaq mənim kartıma oturmur. Çünki sistemdə mənim bir o qədər borcum olduğu görünür və həmin kompensasiya borcun ödənməsinə yönləndirilib. Halbuki borcum da yoxdur”.

Ş.Məmmədov əlavə edir ki, ona verilən 9 min manat onsuz da 20 min manata başa gəlib. İndi kompensasiya almalıdır, onu da ala bilmir:

“Bank da mənə təmizlik kağızı verdi ki, mən Məmmədov Şahin Firudin oğlunun “ATA Bank”a borcu yoxdur. İndi prezidentin verdiyi qərarla bankın mənə qaytarmalı olduğu 7200 manatı borcum kimi qeyd edirlər. Guya o pul mənə çatmır, borcuma gedir. Soruşuram nə borc? Deyirlər ki, sizin ödənmiş borcunuzu bank sistemə vurmayıb, nəticədə, həmin pul sizə kompensasiya kimi ödənmir. Borc kimi çıxılır. Bilirəm hara müraciət edim, nə edim”.

Vətəndaş deyir ki, dəfələrlə banka problemi olmadığını söyləyib. Ancaq xeyri olmayıb:

“Pul da banka köçüb. Mənim kompensasiyamdır. Amma kartıma oturmur. Hamısı da çox yaxşı bilirlər ki, mən ödəmişəm. Üstəlik, borcumun olmaması ilə bağlı təmizlik kağızı da var. Bu hadisə mənə çox pis təsir edir. Bildiyiniz hər gün bir söz deyirlər, ödəmirlər. Mənim 7200 manatımı vermirlər. Amma vətəndaş pulu gecikdirəndə üstünə faiz gəlir. Onda onlar da nə qədər ödəməyiblər üstünə faiz gəlsin”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb