Azərbaycanda telefon və nömrə satışı ilə bağlı - YENİLİKLƏR
Iqtisadiyyat
Oxunub: 1 419
7 in 2015 | 13:14
Azərbaycanda telefon və nömrə satışı ilə bağlı - YENİLİKLƏR




















Nazirlər Kabineti qərarda dəyişiklik edib

Nazirlər Kabineti “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Azerinfo.az-in APA-ya istinadən məlumatına görə, artıq rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərə operatorlarla bərabər, onların diler və distribüterləri də əməl etməlidir.

Dəyişikliyə əsasən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər”ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunmalıdır.

İndiyə qədər Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə nəzərdə tutulması vacib olan məlumatların yazılması qaydalarının qəbul edilməsini, habelə həmin şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin edib. Dəyişikliyə əsasən bundan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin etməlidir. Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara uyğunlaşdırılmasını 3 ay müddətində tam başa çatdırmalı və bu müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız bu qərara uyğun həyata keçirməlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu qərarın icrasını nəzarətdə saxlamaq tapşırılıb.

Naziirlər Kabineti “Rabitə müəssisələri (operatorlar)tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər”in yeni redaksiyasını da təsdiq edib. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar), həmçinin onların diler vədistribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı aşağıdakı şərtlər təmin edilir:

- fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında bu şərtlərin əlavəsində göstərilən məlumatların əks olunması;
- fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulmasının əks olunması;
- fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilədə abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarının məlumatlandırılması haqqında müvafiq qeydin olması;
- fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin Azərbaycan Respublikasının dövlət dilində olması və həmin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surətinin əlavə olunması;
- mobil operatorların şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasının təmin edilməsi.
Nazirlər Kabineti eyni zamanda “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər”ə əlavəni - “Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan Məlumatlar”ı da təsdiqləyib.

Azərbaycanda telefon və nömrə satışı ilə bağlı - YENİLİKLƏR

Azərbaycanda telefon və nömrə satışı ilə bağlı - YENİLİKLƏR
















Məlumatlar bütün rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləritərəfindən Azərbaycan dilində “UNİCOD”la yazılmalı və təqdim edilməlidir.
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA