Lari, rubl və manat “toya gedərsə…” – hansı daha güclüdür?
Iqtisadiyyat
Oxunub: 637
28 in 2019 | 09:35
Lari, rubl və manat “toya gedərsə…” – hansı daha güclüdür?

Natiq Cəfərli: “Bu gün regionun ən sabit valyutası manatdır”

Rusiya ilə münasibətləri gərginləşən Gürcüstanda milli valyutanın dəyərsizləşməsi prosesi başlayıb. Rusiya prezidentinin Gürcüstana aviareysləri qadağan etməsindən sonra bu ölkənin Sanitar Nəzarət Xidməti də gürcü şərablarının tərkibini “normadankənar” çıxarıb. Gürcüstan valyuta bazarının bu addımlara reaksiyası isə dolların xeyrinə olub. Hazırda qonşu ölkədə dollar 2,871 lari ətrafında dəyişir.

Onu da qeyd edək ki, Gürcüstanın maliyyə sektoruna nəzarət edən dövlət qurumları Rusiyanın addımlarının valyuta bazarına təsirlərinin qısamüddətli olacağını deyirlər. Dünəndən larinin məzənnəsində yaranan sabitlik bu gözləntilərin doğru olmasından xəbər verir.

Lakin Gürcüstanın rus turistlərin axınının azalmasından dolayı xeyli gəlirdən məhrum olacağı gözlənilir.

Gürcüstan Turizm Administrasiyasının məlumatına görə, ötən il bu ölkəyə Rusiyadan gələn turistlərin sayı 23,8 faiz artaraq 1,4 milyon nəfərdən yuxarı olub. Bir turistin qonşu ölkədə xərclədiyi vəsaitin orta həcmi 700 dollara bərabərdir. Ötən il Gürcüstana gələnlərin sayı 8,7 milyon nəfər təşkil edib ki, bunun da 4,8 milyonu sırf turizm məqsədilə gələnlər olub. Gürcülərin turizmdən əldə etdikləri gəlir ötən il 3,3 milyard dollardan yuxarı olub. Bu ilin 5 ayında bu gəlirlər 1,1 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101 milyon dollar, yaxud 9,8 faiz çoxdur. Təkcə bu ilin may ayında isə qonşu ölkənin xarici turizmdən gəliri 281 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 milyon dollar, yaxud 14,2 faiz çoxdur.

Gürcüstan Milli Bankının yaydığı bəyanatda qeyd olunur ki, Rusiyadan Gürcüstana turist axınının azalması ölkəyə ilin qalan hissəsində, təxminən 200-300 milyon dollar zərər vuracaq. Qeyd olunub ki, bu, ilkin hesablamalar əsasında əldə olunan rəqəmlərdir. Sənədə əsasən, bu xarici şok ödəmə balansı və buna müvafiq olaraq larinin məzənnəsinə də təsir göstərəcək.

Bankdan bildirilib ki, Rusiya şokuna baxmayaraq, Gürcüstanın ödəmə balansı ilin yekunlarına əsasən ötən illərlə müqayisədə yaxşılaşacaq (Report.)

Göründüyü kimi, Rusiya, İran və Türkiyədən sonra Azərbaycanın daha bir qonşusu qadağalar üzündən milli valyutanın ucuzlaşması prosesini yaşayır. Bu şəraitdə maraqlı bir sual yaranır: Rusiya, onun qadağalarına məruz qalan Gürcüstan və Azərbaycanın hansının milli valyutası daha sabitdir? Bu gün dəvət olunduğu bir toya layiqli nəmər salmaq istəyən şəxs rubl, lari və manat arasında seçim edərsə, hansına üstünlük verməlidir?

Sualı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Rusiya qadağalarının gürcü larisinin məzənnəsinə təsiri qısamüddətli oldu: “İkigünlük dəyərsizləşməni sabitləşmə əvəz edib. Amma kifayət qədər dəyərsizləşmə də getdi. Məsələn, bir həftə əvvəl 100 dollar 225 lari idisə, indi 285 lariyə laxındır. Yəni dəyişiklik var. Bu gün regionda ən sabit valyuta manatdır desək, səhv etmərik. Bunun da bir neçə səbəbi var. Ən mühüm səbəb budur ki, manatın məzənnəsi dövlət tərəfindən tənzimlənir. Rusiya və Gürcüstanda məzənnə valyuta hərraclarında bazarın tələbinə və təklifə əsasən müəyyənləşir. Azərbaycanda Mərkəzi Bank üzən məzənnə rejiminə keçdiyini elan etsə də, hərraclar faktiki olaraq formal xarakter daşıyır və məzənnə tamamən dövlət tərəfindən tənzimlənir”.

N.Cəfərlinin sözlərinə görə, Rusiya milli valyutasının məzənnəsi neftin dünya bazar qiymətindən kəskin asılıdır: “Buna görə bir çox hallarda rublu ”kağız neft” adlandırırlar. Düzdür, Azərbaycanda da manatın məzənnəsi neftin dünya bazar qiymətindən asılıdır. Lakin bu məzənnə dövlət tərəfindən tənzimləndiyinə görə qısamüddətli şoklar onun kəskin dəyişməsinə səbəb olmur. Buna görə də yaxın müddətli dövrdə manatın məzənnəsində ciddi dəyişiklik gözlənilən deyil. Digər sualınıza cavab olaraq bildirim ki, bu gün toya layiqli nəmər salmaq istəyirsinizsə, dollardan istifadə edin. Bu, toy sahibi üçün də çox xoş olar. Amma rubl, lari və manat arasında seçim etməlisinizsə və qənaət etmək istəyirsinizsə, larini seçə bilərsiniz. Yox, məqsəd qənaət deyilsə, onda, əlbəttə, manatı seçmək lazımdır”…
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?