Azərbaycanın bu ölkələrlə ticarəti “0″dır-Albaniya, Kuba, Suriya…
Iqtisadiyyat
Oxunub: 697
28 in 2019 | 11:41
Azərbaycanın bu ölkələrlə ticarəti “0″dır-Albaniya, Kuba, Suriya…

Pərviz Heydərov: “Azərbaycanın əsas prioriteti inkişaf etmiş ölkələrin bazarlarına yol tapmaqdır”

Azərbaycan dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsini və öz məhsulları üçün yeni bazarlar tapmağı qarşıya məqsəd qoysa da, dünyada elə ölkələr var ki, Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsi sıfıra bərabərdir. Yəni onlarla ya idxalda, yaxud da ixracda ölkəmizlə heç bir ticarət əməliyyatları aparılmır. “Report”un məlumatına görə, onlar əsasən Azərbaycanda məsafəcə uzaq və kiçik ölkələrdir. Misal üçün, bu ilin əvvəlindən bu günə qədər Aland Adaları, Albaniya, Amerika Samoası, Britaniya Anqilyası, Antiqua və Bərbuda Adaları, Barbados, Tanzaniya, Boliviya, Bosniya və Herseqovina, Çili, Dominika, Dominikan Respublikası, Haiti, Həbəşistan, Honduras, İordaniya, Fələstin, Kabo-Verde, Kamboca, Keniya, Konqo (Kinşasa), Şimali Koreyaya ölkəmizdən ixrac mövcud deyil. Bundan başqa, Azərbaycanın Kosta-Rika, Kuba, Kot-Divuar, Kurasao, Qambiya, Qrenlandiya, ABŞ Quamı, Qvatemala, Qvineya-Bissau, Laos, Lixtenşteyn, Madaqaskar, Malavi, Maldiv adaları, Mali, Mavriki, Martinika, Mavritaniya, hətta Mərakeş və Monako ilə ixracı sıfıra bərabərdir.

Ölkəmizin ticarətdə ixracı sıfıra bərabər ölkələr arasında Myanma, Nabiliya, Nepal, Nikaraqua, Normand Adaları, Panama, Paraqvar, Puerto-Riko, Ruanda, Salvador, San-Marino, Solomon Adaları, Sudan, Surinam, Suriya Ərəb Respublikası, Svazilend, Syerro-Leona v Şri-Lanka kimi ölkələrin adları da var. Azərbaycanda heç kəsin tanımadığı Türks və Kaykos Adaları, həmçinin Fransaya məxsus Yeni Kalendoniya, Uqanda, Uruqvay, Yamayka, Vircin Adaları, Zambiya, Zimbabve kimi Afrika ölkələrinin adları da mövcuddur.

Qeyd edək ki, son illər Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən biri də yeni bazarlar tapmaq və ixracı şaxələndirməkdir. Bu mənada yuxarıda adları çəkilən ölkələr Azərbaycanın ixrac məhsulları üçün potensial bazarlar ola bilərmi?

“Yeni Müsavat”a açıqlamasında bu mövzuya aydınlıq gətirən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, dünyada bütün ölkələrin hamısı ilə qarşılıqlı ticarət əlaqələrində olmaq təbii ki, mümkün deyil: “Xüsusən də Azərbaycan kimi kiçik həcmli iqtisadiyyata malik ölkənin bütün ölkələrlə ticarət əlaqələrinə girməsi qeyri-realdır. Burada məhdud həcmdən söhbət gedir. Adətən o , ölkələr daha çox dövlətlə ticarət əlaqələrində olur ki, onların ixrac etməyə çoxlu çeşiddə məhsulları var, iqtisadiyyatı kifayət qədər diversifikasiyalaşmış sayılır, iqtisadiyyatının miqyası da kifayət qədər böyükdür. Azərbaycan isə xammal ölkəsidir və bizim ixrac etdiyimiz əsas məhsul neft və neft məhsullarıdır. Son vaxtlar ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və islahatlar nəticəsində qeyri-neft sektorunun da ixrac imkanları tədricən zəif templə olsa da genişlənməkdədir”.



P.Heydərov xaricdə Azərbaycan məhsullarının təbliğatı üçün hökumət tərəfindən iş aparıldığını da diqqətə çatdırdı:“Onu da qeyd edək ki, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün ölkə rəhbərliyi daha genişmiqyaslı tədbirlərə əl atdı ki, bunlardan biri də xarici ölkələrdə səfirliklərdə ticarət evlərinin açılması, Azərbaycan məhsullarının təbliğatının aparılmasıdır. Bu işlər görülür, ancaq Azərbaycan hökumətinin tutduğu mövqe və həyata keçirdiyi siyasət ondan ibarətdir ki, geniş imkanlara malik bazarı olan ölkələrlə iqtisadi əlaqələr qursun. Bu ölkələr bizim şimal qonşumuz olan Rusiyadır, Avropa ölkələridir, Şimali Amerika, Asiya ölkələri və Çindir. Qonşu Türkiyə, Yaxın Şərq ölkələridir”.

İqtisadçı ekspert vurğuladı ki, bu ölkələr həm geniş həcmli bazarlara malikdir, həm iqtisadiyyatları inkişaf edib, həm də əhalisinin alıcılıq qabiliyyəti yüksəkdir: “Hökumətin qeyri-neft sektorunu inkişaf etdirməkdə, stimullaşdırmaqda əsas strateji siyasəti ondan ibarətdir ki, məhz bu ölkələrin bazarlarına Azərbaycanın qeyri-neft iqtisadiyyatına aid məhsullar yol tapa bilsin və bu bazarlarda mövqe qazanaq, məhsullarımızı reallaşdırmağa nail olaq”.

P.Heydərov vurğuladı ki, Azərbaycanın qeyri-neft sektoruna aid məhsulları maya dəyəri baxımından heç də ucuz başa gəlmir: “Ona görə də bizim istehsal etdiyimiz məhsullar keyfiyyətli və qiymət baxımından bir qədər yüksəkdirsə, alıcılıq qabiliyyəti yüksək olan bazarları seçməliyik, o bazarlarda satışını və reallaşdırılmasını təmin etməliyik. Azərbaycanın ticarət əlaqələrinin olmadığı ölkələrin əksəriyyətinin bu imkanları yoxdur. Azərbaycanın əsas prioriteti odur ki, inkişaf etmiş ölkələrin bazarlarına yol tapsın”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!