Ukraynada SOCAR-ı niyə sevirlər? — Aleksandr Oxrimenko şərh edir
Iqtisadiyyat
Oxunub: 684
12 iy 2019 | 12:15
Ukraynada SOCAR-ı niyə sevirlər? — Aleksandr Oxrimenko şərh edir












“SOCAR Azərbaycanın dünyada ən tanınmış şirkətidir. Sadəcə adını oxuyanda ağlımıza ilk olaraq Azərbaycan gəlir”.
“Ölkə.Az” xəbər verir ki, bunu Media.Az-a Ukrayna analitik mərkəzinin direktoru, iqtisadiyyat üzrə elmlər namizədi Aleksandr Oxrimenko deyib.

Onun sözlərinə əsasən, istənilən dövlət üçün “ölkənin brendi” sayılan belə bir şirkət sahibi olmaq vacibdir.

“Bu gün insanlar ölkələri brendə görə qiymətləndirirlər. SOCAR isə belə bir brenddir. Belə deyək, “Mak Donalds” deyəndə hamı Amerikanı başa düşür. “Borjomi”-Gürcüstandır. Baxmayaraq ki, mineral su artıq ölkə sərhədlərindən kənarda da doldurulur, yenə də assosiasiya qalıb. Əgər ölkənin brendi yoxdursa, onu az adam tanıyır”, - deyə Aleksandr Oxrimenko qeyd edib.

- SOCAR Ukrayna üçün nə deməkdir?

- SOCAR Ukrayna üçün hər şeydən əvvəl ən yaxşı yanacaqdoldurma məntəqəsi şəbəkəsidir. Qiymət və keyfiyyət uyğunluğu burada optimaldır. SOCAR Ukraynaya neft ixrac edir (Ukraynanın neft tələbatının 95 faizini Azərbaycan ödəyir). Burada neft emal edilir. Rusiya bizə uzun müddətdir neft ixrac etmir. İndi ABŞ-dan da neft alırıq, amma Azərbaycan əsas neft aldığımız ölkədir.

- SOCAR dünyanın müxtəlif ölkələrinə ekspansiyanı davam etdirir. Yanacaqdoldurma məntəqələri şəbəkəsi Ukrayna, Gürcüstan, Rumıniyada var.
- Bu, Azərbaycanın dünyada tanınması üçün çox vacibdir. SOCAR beynəlxalq brendə, transmilli korporasiyaya çevrilir. Məhz dünya iqtisadiyyatı belə şirkətlər üzərində dayanıb.
- “Yumşaq güc” termini var. SOCAR müxtəlif idman və mədəni tədbirlərin sponsoru olur. Bunu “yumşaq güc”ün bir növ təzahürü adlandırmaq olarmı?
- Birmənalı olaraq bəli. Başa düşmək lazımdır ki, SOCAR digər ölkələrdə müxtəlif mədəni və idman tədbirlərinin sponsoru kimi çıxış edəndə, bu, şirkətin imicinə, Azərbaycanın imicinə müsbət təsir edir. Ukraynaya gəldikdə isə, bizim Azərbaycana münasibətimiz hər zaman müsbət olub. Müsbət assosiasiya var, deməli ölkəyə qarşı da müsbət münasibət olacaq. SOCAR bunun üçün çox iş görür.

- Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski SOCAR yanacaqdoldurma məntəqəsi fonunda şaurma ilə foto çəkdirib.

- Hə belə bir məsələ olub (gülümsəyir). Bu, Kiyev yaxınlığında, Borispol hava limanına gedən yolda baş verib. Orada yaxşı kafe və və SOCAR-ın rahat, yaxşı yanacaqdoldurma məntəqəsi var.

- Deyilənlərə görə, bu fotodan sonra Ukyranda şaurma satışı çoxalıb. Sözügedən foto SOCAR yanacaqdoldurma məntəqələrinin populyarlığına təsir edibmi?

- Şaurma məsələsinə gəldikdə, heç nə deyə bilmərəm, amma SOCAR yanacaqdoldurma məntəqələri, təkrar edirəm, Ukraynada ən populyar şəbəkədir. İnsanlar avtomobillərini yanacaqla təmin etmək üçün məhz SOCAR yanacaqdoldurma məntəqələrinə gedirlər. Bu isə çox vacib göstəricidir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO