“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib
Iqtisadiyyat
Oxunub: 664
25 iy 2019 | 15:24
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

Ölkənin ən güclü 4G (LTE-A) şəbəkələrindən birinə malik olan “Nar” mobil operatoru 21-27 iyul tarixlərində paytaxtımızda baş tutan “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” müddətində 48 ölkəni təmsil edən gənc atletlərin, eyni zamanda festival tamaşaçılarının telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin edilməsi işlərini başa çatdırıb.

Mobil operator “EYOF 2019” tədbirinin tələblərinə cavab vermək, həmçinin olimpiya həyəcanını sosial şəbəkələrdə paylaşmaq istəyən tamaşaçıları yüksəksürətli internetlə təmin etmək məqsədilə təyin olunmuş ərazilər üzrə mobil rabitə şəbəkəsində təhlilləri tamamlayıb.

Yarış ərazisi və tədbir məkanlarında müştərilərin tələbləri nəzərə alınaraq mobil rabitə şəbəkəsində tutum əhəmiyyətli dərəcədə genişləndirilib, istifadəçilər üçün yüksəksürətli 4G (LTE-A) texnologiyalı mobil internetdən istifadə imkanları yaradılıb.

“Nar” ziyarətçilərin sayının çoxluq təşkil edəcəyi məkanlarda telekommunikasiya xidmətlərindən sabit istifadənin təmin edilməsi üçün müvafiq ərazilərdə mobil baza stansiyası quraşdırıb.

Mobil rabitə şəbəkəsinin təhlili və dayanıqlığının təmin edilməsi işləri xüsusi ilə oyunların baş tutacağı 13 yarış ərazisi və paralel olaraq qeyri-yarış ərazilərində həyata keçirilib.

“Nar” əməkdaşları 24/7 rejimində şəbəkəyə nəzarət edərək yarışların keçiriləcəyi məkanlarda mobil rabitə şəbəkəsinin stabilliyini təmin edəcək və şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilər.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...