Azərbaycanda ətin qiymətini kimlər qaldırır? - Nazirliyin yarımçıq idarəetməsi…
Iqtisadiyyat
Oxunub: 651
30 iy 2019 | 16:16
Azərbaycanda ətin qiymətini kimlər qaldırır? - Nazirliyin yarımçıq idarəetməsi…

“Son üç ildə aqrar sahə ilə bağlı müəyyən addımların atılmasına baxmayaraq, təəssüf ki, problemlərin həllinə sistemli yanaşmanın şahidi olmuruq”.

Editor.az xəbər verir ki, bu fikriləri Reyting.az-a açıqlamasında ReAL partiyanın icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. Onun sözlərinə görə, son illər kənd təsərrüfatında istehsalda da, ixracatda da müəyyən artımlar olsa da, başqa problemlər yaranıb.

Yerli məhsullar xaricə daşınır

N. Cəfərli bildirib ki, ölkə əhalisinin tələbatı ödənilmədən yerli məhsullar xaricə ixrac edilir. Daxili istehlakı ödəmədən xarici ixracata yönəlik siyasətin aparılması isə daxili bazarda məhsulların qıtlığına və qiymətlərin artmasına gətirib çıxarır. Çünki aqrar sahədə istehsalın cəmi 3 faiz artmasına baxmayaraq, ixracatda 10 faizə yaxın artım var. Ekspertin fikrincə, ixracatın artımı ölkəyə valyuta daxil olması baxımından müsbət olsa da, məhsuldarlıqla bağlı problem daxil bazarda məyyən qıtlıq yaradıb. Bu isə qiymət artımı ilə nəticələnib.

Ətin qiymətini qaldıran səbəblər…

Ekspert nəzərə çatdırıb ki, sistemli yanaşma olmadığından texniki bitkilərə üstünlük verilir. Ənənəvi bostançılıq rayonlarında texniki bitkilərə çox yer verilməsi, əsasən də pambıqçılığın artırılması bostan məhsullarının qıtlığı və bahalaşması ilə nəticələnib:

“Əvvəl maldarlığın inkişaf etdiyi, otlaq sahələrinin çox olduğu rayonlarda da texniki bitkilərin əkilməsinə başlanılması yeni problemlər yaradıb. Yəni, son iki ildə ət də bahalaşıb.

Problemlərə kompleks, sistemli yanaşmanın olmaması ciddi problemlərə yol açır. Ölkənin kənd təsərrüfatının inkişafı üçün öncə araşdırma aparılmalıdır ki, hansı sahələrdə münbit şərait var, hansı sahələr daha lazımlıdır. Ondan sonra iş qurulmalıdır”.

Məhsuldarlıq enir, qiymətlər qalxır

İqtisadçı bildirib ki, aqrar sahədə əsas məsələ məhsuldarlıq olsa da, buna lazımi diqqət ayrılmır:

“Bir məsələni də qeyd edim ki, Azərbaycanda məhsuldarlıq azdır. İnkişaf eləmiş ölkələrlə müqayisədə ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı 3 dəfə aşağıdır. Məsələn, taxılçılıqda məhsuldarlıq 3 dəfə, bostan məhsulları 2 dəfə aşağıdır. Aqrotexniki qaydalara doğru-dürüst əməl olunmaması, elmi yanaşmanın tətbiq edilməməsi, əkinə yararlı torpaqların azlığını da nəzərə alsaq, aqrar siyasətə daha həssas, daha düzgün yanaşma tətbiq olunmalıdır. Bunun olmaması məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir”.

Nazirliyin yarımçıq idarəetməsi…

N. Cəfərli ölkədə aqrar siyasəti reallaşdıran Kənd Təsərüfatı Nazirliyinin (KTN) fəaliyyəti, qurumun idarəetmə sistemi barədə də fikirlərini bölüşüb. Bildirib ki, KTN-nin yeni rəhbərliyi müəyyən dəyişikliklərin edilməsinə çalışır: “Yeni məlumat bazasının yaradılması, fermerlərə texniki dəstəyin göstərilməsi ilə bağlı müəyyən addımlar atılır, amma bunlar yetərli deyil. Çünki Kənd Təsərrüfatı Nazirliyi əsasən regionlarda çalışmalı, yerli icra hakimiyyəti orqanları ilə ahəng şəkildə iş qurmalıdır. Amma bu məsələdə də ciddi uyğunsuzluq var.

KTN ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqənin zəif olması isə işlərin “axsamasına” səbəb olur. İdarəetmənin təkmilləşdirilməsi yönündə növbəti islahat xarakterli addımların atılmasına, güclü kadr potensialının yaradılmasına, xaricdə ölkəmiz üçün yeni kadrların formalaşdırılmasına ehtiyac var. Təəssüf ki, bu yöndə ciddi addımların atıldığını görmürük.

Ən pisi odur ki, bizdə idarəetmənin ahəngi yoxdur. Müxtəlif nazirliklərin maraqları kəsişəndə hər nazirlik öz marağı çərçivəsində hərəkət edir. Eyni zamanda, yerli icra hakimiyyətləri də öz maraqlarından çıxış edəndə, bu, problemlərin həllinə kompleks yanaşmaya mane olur. Ölkədə bütün sahələrdə vəziyyət eynidir. Amma kənd təsərrüfatındakı ağır durum hər kəs tərəfindən açıq şəkildə hiss olunur. On görə də aqrar sahədə idarəetmə təkmilləşdirilməli, müasirləşdirilməlidir. Mənə elə gəlir ki, nazirliyin yeni rəhbərliyi bu yöndə hələ çox işi görməlidir”.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO