“Nar” rabitə sahəsində xüsusi fərqlənən tələbələri mükafatlandırdı”
Iqtisadiyyat
Oxunub: 606
31 iy 2019 | 10:11
“Nar” rabitə sahəsində xüsusi fərqlənən tələbələri mükafatlandırdı”

Gənclərin maariflənməsinə və intellektual inkişafına dəstək məqsədilə “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti layihəsini həyata keçirib.

Mobil operator Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini baş ofisinə dəvət edərək, onları xüsusi hədiyyələrlə mükafatlandırıb. Qeyd edək ki, “Nar” ənənəvi olaraq hər tədris semestrinin sonunda Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərən tələbələrilə görüşərək, onları təbrik edir.

Görüşün məqsədi texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırmaq və onların gələcək iş istiqamətləri haqqında təsəvvür formalaşdırmaqdır. Tələbələr rabitə bazarında tələb olunan əsas bilik və bacarıqlar barədə məlumat əldə ediblər.

Azərbaycan Texniki Universitetinin ən yaxşı tələbələrinin mükafatlandırılması “Nar” və universitet arasında 2016-cı ildən aparılan tərəfdaşlıq çərçivəsində baş tutur. Əməkdaşlıq çərçivəsində mobil operator universitetin tələbələri üçün GSM laboratoriyası istifadəyə verib, müxtəlif vaxtlarda tələbələr üçün nəzəri və təcrübi təlimlər təşkil edib.

Azərbaycan Texniki Universitetilə tərəfdaşlıq “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının bir istiqamətidir. Hədəf Azərbaycanın rabitə sahəsində peşəkar kadrların hazırlanması və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasıdır.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"