“Manatla bağlı yeni ssenarilərə hazır olmalıyıq”
Iqtisadiyyat
Oxunub: 616
1 avq 2019 | 19:51
“Manatla bağlı yeni ssenarilərə hazır olmalıyıq”

Vüqar Bayramov: “Yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur”

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib. FED-in son qərarına rəğmən, dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib.

Minval.info xəbər verir ki, iqtisadçı-alim Vüqar Bayramov sözügedən qarla bağlı fikirlərini bildirib.

“Əvvəla, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED qərarını elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra mərkəz bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalamalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir”, – deyə o qeyd edib.

Ekspert FED-in qərarından sonra avronun 1.10 dollaradək ucuzlaşdığını bildirib: “Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalamaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunu ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur”.

“Milli valyutamıza gəldikdə isə, indiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır. Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın məzənnəsi, həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq”, – Bayramov vurğulayıb.
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı