3-08-2019, 09:42 Oxunub: 408

Gürcü nazir: “Təbii qazın qiyməti dəyişdirilməyəcək”

Gürcü nazir: “Təbii qazın qiyməti dəyişdirilməyəcək”

Gürcüstanda təbii qaz tarifləri dəyişdirilməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Trunava deyib.

Nazirin sözlərinə görə, ölkədəki iqtisadi şərait təbii qaz qiymətlərinin dəyişdirilməsinə ehtiyac yaratmır.

“İyul ayında illik inflyasiya 4,6% təşkil edib. Bu, orta göstəricidir və təşvişə ehtiyac yoxdur. Təbii qazın qiymətlərində artım olmayacaq. Ötən ilin sonunda da qazın qiymətlərinin artırılması ilə bağlı müxtəlif bəyanatlar səsləndirildi və cəhdlər edildi. Amma əksinə, təbii qaz qiymətləri endirildi”, – deyə N. Trunava bildirib.

Qeyd edək ki, Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası (GNERC) Gürcüstanda təbii qaz tariflərini müəyyən etmək üçün inzibati işlərə başlayıb və komissiyanın dekabrın 31-dək yeni tarifləri müəyyənləşdirməsi planlaşdırılır. Yeni tariflər “Tbilisi Enerji” (“KazTransGaz”), “SOCAR Georgia Gas”, eləcə də kiçik şirkətlərin təbii qaz təchizatı, paylanması, işlənməsi və istehlakı istiqamətində müəyyənləşdiriləcək.
Dizel yanacağının qiymətində dəyişiklik olacaqmı? - Rəsmi Dizel yanacağının qiymətində dəyişiklik olacaqmı? - Rəsmi Iqtisadiyyat Gürcüstanda benzinin və qazın qiyməti qalxdı - Yeni qiymətlər Gürcüstanda benzinin və qazın qiyməti qalxdı - Yeni qiymətlər Iqtisadiyyat Təbii qazın yeni qiyməti qüvvəyə mindi Təbii qazın yeni qiyməti qüvvəyə mindi Iqtisadiyyat Suyun qiymətinin artırılması xəbərinə - Tarif Şurasından reaksiya Suyun qiymətinin artırılması xəbərinə - Tarif Şurasından reaksiya Sosial SOCAR Gürcüstanda qazın qiymətini artırmaqdan imtina etdi SOCAR Gürcüstanda qazın qiymətini artırmaqdan imtina etdi Iqtisadiyyat