Nağdsız ödənişə keçidi ləngidən SƏBƏBLƏR - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 794
5 avq 2019 | 20:24
Nağdsız ödənişə keçidi ləngidən SƏBƏBLƏR - TƏHLİL

Azərbaycanda nəğdsız ödənişlərin tətbiqi üzrə demək olar inkişaf hiss olunmur.

Bu sahədə nə vətəndaşlar, nə də sahibkarlar maraqlı görünmür. Bir çox hallarda isə satış mərkəzlərində texniki hazırlığın olmaması buna əngəl yaradır. Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bu məsələyə də toxunub. Dövlət başçısının sözlərinə görə, bu sahədə çox ciddi addımlar atılmalıdır: “Biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır.

Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər”.

Prezident bildirib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir. İlham Əliyev bu məsələnin təhlil edilməsi və ciddi addımlar atılması ilə bağlı tapşırıq verib. Məlumdur ki, nağdsız ödənişlərin həyata keçirilməsi ticarət subyektlərinin vergidən yayınmasını ciddi şəkildə azalda bilər. Nağdsız ödənişlər sisteminin bir mərkəzə, məsələn, Vergilər Nazirliyinə onlayn bağlanması isə, xüsusilə bu sahədə köklü dəyişikliklərə səbəb ola və ölkə iqtisadiyyatına töhfə verə bilər. Bunun üçün ciddi inzibati və infrastruktur dəyişikliyi aparılmalıdır. Amma əlaqədar qurumlar hələ ki, bu məsələdə maraqlı görünmürlər. Hətta bir qədər əvvəl dövlət qurumları tərəfindən nağdsız ödənişlər üzrə ƏDV-nin bir hissəsinin istehlakçıya qaytarılacağı ilə bağlı məlumatlar yayıldı, amma bu məsələ hələ ki, realaşmayıb.

İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, nağdsız ödənişlərlə bağlı ölkədə mövcud olan neqativ hallar əsasən texniki problemlərdən irəli gəlir: “Daha çox ticarət obyektlərində terminalların işləməməsi, onlayn sistemin olmaması ilə bağlı Milli Məclisdə də dəfələrlə məsələ qaldırılıb. Bəzi ticarət müəssisələrində nağdsız ödənişlərlə bağlı komisiya haqqı alınır. Digər bir problem isə banklar arasında olan anlaşmaların işləməməsidir. Yəni bir bankın terminalı digər bir bankın plastik kartından faiz tutur. Burada vahid tarif siyasəti aparılmalıdır. Bu siyasətə uyğun olaraq, bütün terminalların onlayn rejimdə işləməsi təmin edilməlidir”.

İqtisadçı ölkəmizdə nağdsız ödənişlərlə bağlı inkişafın olmamasının digər səbəblərinə də toxunub: “Azərbaycanda internetin sürətinin aşağı olması, gecə saatlarında hətta Bakıdan az məsafələrdə yerləşən rayonlarda belə internetin olmaması, terminalların internetlə bağlantılarının mövcud vəziyyəti vətəndaşların nağdsız əməliyyatlarda iştirakını çətinləşdirir. Baxmayaraq ki, bir sıra banklar bu iştirakı təmin etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirir, bunlar bir o qədər də effekt vermir. Məsələn, stimullaşdırıcı lotereyalar, mobil tətbiqetmələr var ki, onlar vaistəsilə vətəndaşlar müəyyən üstünlüklər əldə edirlər. Xüsusilə orta və kiçik ticarət subyektlərində nağdsız ödənişlərin həyata keçirilməsində problemlər daha çox olur. Bu əsasən tikinti bazarında, yüngül sənaye mallarının satış mərkəzlərində özünü daha çox göstərir. Ərzaq məhsulları bazarında, bir sıra supermarketlərdə, yanacaqdoldurma məntəqələrində müəyyən mənada bu tətbiq olunur”.

Razi Abbasbəyli deyir ki, Azərbaycanda təəssüf ki, hələ də mavi qazla bağlı ödənişlərdə onlayn sistem və ya nağdsız ödəniş sistemi həyata keçirilmir: “”Azəriqaz” İstehsalat Birliyi tərəfindən bunun tətbiqi üçün bir sıra işlər həyata keçirildi, yeni kartlar dövriyyəyə buraxıldı, amma yeni kartlar vasitəsilə belə onlayn sistemlər üzrə ödənişlər etmək mümkün deyil.

Nəğsiz ödənişlərin həyata keçirilməsinin kütləvi xarakter daşıması üçün ilk növbədə texniki infrastrukturun təşkil edilməsi vacibdir. Bunun təşkil edilməsinə bir neçə icra strukturu cavabehdir ki, onlar da çox ləng işləyirlər”.

Nağdsız ödənişlərin kölgə iqtisadiyyatının aradan qaldırılması sahəsində roluna gəlincə, iqtisadçı hesab edir ki, bunun üçün sahibkarlara bir sıra vergi güzəştləri tətbiq edilməlidir: “Bəzi sahibkarlar nağdsız ödənişlərin həyata keçirilməsində maraqlı deyillər. Məsələn, bəziləri ilin hansısa mövsümündə daha böyük dövriyyəyə malik olurlar, həmin müddət ərzində nağdsız ödənişlər həyata keçirilir, başqa bir mövsümdə isə nağdsız ödənişlərin faizi azalır. Dövriyyənin təyin olunması, vergiyə cəlb olunması məsələlərində ilk növbədə konfedensiyallıq qorunmalıdır. Konfedenisiallıq qorunan zaman hesab edirəm ki, həm vətəndaşlar, həm də vergi iştirakçısı olan sahibkarlar bu məsələdə maraqlı olacaq”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO