Əhali yenə kreditlə yüklənir – baş bankirin xəbərdarlığı
Iqtisadiyyat
Oxunub: 779
6 avq 2019 | 12:11
Əhali yenə kreditlə yüklənir – baş bankirin xəbərdarlığı


Ekspert Elman Rüstəmovun dediklərini haqlı sayır: “İstehlak krediti əlavə dəyər yaratmır”

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov maliyyə-bank sektorunda təhlükəli meyl barədə xəbərdarlıq səsləndirib. Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən baş bankir real sektora verilən kreditlərin azaldığı bir şəraitdə istehlak kreditlərinin (əhaliyə verilən kreditlərin) sürətlə artmasının təhlükəli nəticələri ola biləcəyinə işarə edib: “2019-cu ilin 6 ayı ərzində cəmi kreditlər 1.6 faiz artıb. Bu artım istehlak kreditlərinin 9 faizdən çox artmasından qaynaqlanıb. Amma biznes kreditləri 0,3 faiz azalıb”.

Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib: “Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Əhalinin borc yükünün artması, həm də istehlak kreditlərinin cəmi bank sektorunun portfelində 50 faizə yaxınlaşması izlənilməlidir ki, hansı problemlər yarada bilər.”

Mərkəzi Bankın sədri əlavə edib ki, bank sektorunda əhəmiyyətli likvidlik var: “Yüksək likvidliyə baxmayaraq, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.

Əhali yenə kreditlə yüklənir – baş bankirin xəbərdarlığı


Baş bankirin dediklərini şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, istehlak və biznes kreditləri mahiyyətcə fərqli alətlərdir: “İstehlak krteditləri iqtisadiyyatda əlavə dəyər yaratmır. Yəni iqtisadi inkişafa dolayısı ilə təsir edir. Məcmu tələbi artırır, bu, dolayısı ilə mal və xidmətlərin istehlakına və ticarət dövriyyəsinin həcminə təsir göstərir. Amma nəzərə alsaq ki, istehlak kreditəri daha çox müəyyən kateqoriyalı məhsulların istehlakına yönələn kreditlərdir, o məhsulların böyük əksəriyyəti idxal məhsullarıdır, onda görərik ki, bu kreditlər daxildə istehsalçı ölkə olaraq əlavə dəyər yarada bilmir. Biznes kreditləri isə birbaşa olaraq iqtisadi aktivliyi dəstəkləməklə, eyni zamanda ümumi daxili məhsul, yeni iş yerləri yaradır. Bu baxımdan, istehlak kreditlərinin artması biznes kreditlərinin azalması, təbii ki, təhlükəli və arzuolunmaz prosesdir. Bu, iqtisadiyyatın özündə mənfi balansın olmasının göstəricisidir. Bu vəziyyət bank sektoru üçün risklər formalaşdırır. Hansı ki, 2015-ci ildə sektor belə risklərlə üzləşdi: istehlak kreditləri 45 faiz idi, iqtisadiyyatın ümumi zəifələməsi fonunda onların geri qaytarılmasında ciddi problemlər yarandı, banklar böyük itkilərlə üzləşdilər. Onların toksik aktivlərinin həcmi normalardan dəfələrlə yüksəyə qalxdı. Buna görə də istehlak kreditlərinin artması iqtisadi çətinlik dövründə bank defoltlarının əsas səbəblərindən biri hesab olunur. İstehlak kreditlərinin zəmanət mexanizmləri zəif olur. Girov kimi istehlak olunmuş məhsulların özü çıxış edir, vaxt keçdikcə dəyərini itirir. Buna görə də son nəticədə banklar aktivlərin likvidləşməsi imkanlarını itirirlər”.

Biznes kreditlərinin azalmasının səbəblərinə gəlincə, ekspert onların bir neçə olduğunu deyir: “Birincisi, məlum böhranla əlaqədar son 3-4 il ərzində biznesin əksəriyyəti problemli müştəri kateqoriyasına düşüb. Yəni bankın kredit təkliflərini ala biləcək kateqoriyanın əhatə dairəsi kəskin məhdudlaşıb. İkincisi, iqtisadiyyatda mənfəət norması çox aşağı düşüb. 2014-2015-ci illərdə bu norma 70-80 faiz ətrafında dəyişirdisə, indi bu göstərici təxminən 30-35 faiz civarındadır. Bu şəraitdə biznesin 20-30 faizlə kredit cəlb etməsi gəlirli deyil. İndiki şərtlər daixilində biznesin kreditlər hesabına genişləndirilməsi sahibkar üçün əlverişli deyil. Daha bir səbəb budur ki, böhrandan sonra kredit qaydaları xeyli sərtləşdirilib. Düzdür, son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən yumşalmalara gedib, amma bu, yetərli deyil. 2015-ci ilədək olan dövrə nisbətən kreditləşmə şərtləri xeyli sərtdir. Buna görə də banklarda izafi likvidlik yaranıb”.

R.Həsənovun fikrincə, vəziyyəti dəyişmək, biznes kreditləşməsini artırmaq üçün kompleks addımlar atılmalıdır:“Birincisi, kredit faizləri aşağı düşməlidir. Kredit faizlərinin aşağı düşməsi isə bir neçə amildən asılıdır: bank sektoru liberallaşdırılmalıdır, təklif artmalıdır. Eyni zamanda mərkəzləşdirilmiş vəsaitlərin bank aktivlərində payı artmalıdır. Bu gün Mərkəzi Bankın uçot dərəcələrinə etdiyi dəyişikliklər ölkədə kredit faizlərində öz əksini tapmır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Mərkəzi Bankın bankların aktivlərində iştirakçılığı çox aşağı səviyyədədir. Banklar aktivləri əhalidən, biznesdən yüksək faizlə cəlb edirlər və bu halda kredit faizləri də yüksəlir. Mərkəzi Bankın bank aktivlərində iştirakının artırılması ilə yanaşı, uçot dərəcəsinin də əhəmiyyətli şəkildə aşağı salınması lazımdır ki, kredit faizləri aşağı düşsün. Bundan əlavə, zəmanət mexanizmləri təkmilləşdirilməlidir. Daşınar girovların reyestrinin işləməsi üçün real addımlar atılmalıdır. Biznesin sığortalanması – xüsusilə də kənd təsərrüfatında – üçün addımlar atılmalıdır. Yəni təməl olaraq tədbirlər görülməlidir: iqtisadiyyat liberallaşmalı, məmurlar biznesdən çəkilməli, inhisarçılıq təşəbbüsləri yerindəcə boğulmalıdır. Biznes mühiti nə qədər azad olacaqsa, biznes təşəbbüsləri də bir o qədər çox olacaq, kreditə tələb artacaq. Bunun fonunda bank sistemi də liberal olacaqsa, biznes kreditlərinin sürətli artımını görə biləcəyik”…
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?