İdman
Dünya
14-08-2019, 17:46 Oxunub: 493
Bakıda təkrar mənzil bazarında qiymətlər artıb

2019-cu ilin iyununda Bakının təkrar mənzil bazarında qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə 1,88 faiz artıb.
Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib.
2019-cu ilin iyununda təkrar bazarda mənzillərin orta qiyməti bir kvadratmetrə görə 1658 dollar, ötən ilin eyni ayında isə bu göstərici 1608 manat olub.
Təkrar mənzil bazarında təkliflərin ümumi həcmi 2018-ci ildə 2223, 2019-cu ildə isə 1789 ədəd təşkil edib.
2019-cu ilin iyununda təkrar bazarda ekonom sinif mənzillərin qiyməti 1 kvadrat metrə görə 2551 dollar, ötən il isə hesabat ayı üçün eyni göstərici 1 kvadrat metrə görə 2674 dollar təşkil edib. Eyni zamanda bahalı mənzillər bazarında qiymətlərin 4.5 faiz azalması müşahidə edilib.
Təkrar bazarda 2019-cu ildə mənzillərin orta qiyməti 1 kvadratmetr üçün 1 159 dollara çatıb və 2018-ci ildə bu rəqəm 1 kvadratmetr üçün 1 118 dollar olub. Eyni zamanda, bu seqmentdə qiymət artımı 3,67 faiz təşkil edib.
2019-cu ilin əvvəlindən təkrar bazarda mənzil qiymətləri 1 kvadrat metrə 766 dollar təşkil edirsə, 2018-ci ildə bu rəqəm 1 kvadrat metrə 755 dollar təşkil edib. Qiymət artımı 1,46 faiz olub.
2019-cu ilin iyununda mənzillərin keçən ilin eyni ayına nisbətən 10,6 faizədək artması müşahidə edilib.
Beləliklə, 2019-cu ildə ilkin bazarda mənzillərin orta qiyməti 1 kvadrat metrə 1321 manat, 2018-ci ildə isə 1 kvadratmetr üçün 1200 manat təşkil edib.
2018-ci ilin iyun ayında ilkin mənzil bazarında təkliflərin ümumi həcmi 676 ədəd, cari ilin hesabat ayında isə 802 ədəd olub.
Təkrar əmlak bazarında təklif olunan struktura gəlincə, bu il mənzillərin əksəriyyəti (40 faiz) üçotaqlı mənzillər təşkil edib. Təklif edilən mənzillərin 36,2 faizi ikiotaqlı, 12 faizi isə birotaqlı olub.
Çoxotaqlı mənzillərin payı (dörd otaq və yuxarı) təkliflərin təxminən 20 faizini təşkil edib.
Bakının təkrar mənzil bazarında satılacaq mənzillərin ən çoxu Yasamal rayonunun ərazisinə düşüb - 24 faiz. Təkrar yaşayış evlərinin 17,1 faizi Xətai rayonunda, 14,6 faizi Nəsimi rayonunda, 16,9 faizi və daha çoxu Narimanov və Binəqədi rayonunda yerləşib.
Bakının digər rayonlarının payına isə təkliflərin 5 faizi düşüb.
XƏBƏR LENTİ
23:52 | Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi – Etiraz notası hazırlanır 23:19 | Bəhran Bağırzadə də deputat olmaq istəyir? – AÇIQLAMA 23:07 | Musa Şəkiliyevin böyük yeyintisi... - İTTİHAM 23:00 | Ağstafada NƏLƏR baş verir? - Yeni başcısı İSLAHATLARA "badalaq" gəlir - Pərdəarxası 22:43 | Ermənilər Azərbaycanla sərhəddə doğulan hər körpəyə 1000 dollar ödəyəcək 22:17 | Azərbaycanda şirkət direktoru həbs olundu 22:10 | Kənd Təsərrüfatı nazirliyi ilə Eldar Mahmudovu bağlayan nədir? -Video 22:06 | İlham Əliyev Dövlət Agentliyinə 7,8 milyon manat ayırdı 22:05 | Aramsız yağışın fəsadları: Sabunçuda həyətlər, yollar su altında qalıb — VİDEO 22:03 | Prezident onu “Əmək” ordeni ilə təltif etdi — SƏRƏNCAM 21:54 | Fazil Məmmədovdan xəbər VAR 21:21 | Vilayət Eyvazovdan yeni təyinat 20:44 | Rusiyaya şok qadağa 20:18 | Sabah 11 dərəcə isti olacaq 19:46 | “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu