Problemli kreditlərin məbləği nədən azalmadı? - YEYİNTİ VAR
Iqtisadiyyat
Oxunub: 739
15 avq 2019 | 18:21
Problemli kreditlərin məbləği nədən azalmadı? - YEYİNTİ VAR

Azərbaycanda bank sektorunun əsas problemlərindən biri vaxtı keçmiş kreditlər hesab olunur. 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra vaxtı keçmiş kreditlərin ümumi kredit qoyuluşlarındakı payı 16 faizə - 1,9 milyard manata qədər artıb. Əksər ekspertlər bank sektorunun böhrandan gec çıxmasının əsas səbəblərindən biri olaraq məhz problemli kreditlərin yüksək səviyyəsini göstərirlər.

Qeyd edək ki, bu ilin fevral ayında prezident fiziki şəxslərin xarici valyutada olan kreditlərinə görə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda devalvasiyalara qədər xarici valyuta ilə götürülmüş 10 min dollara qədər məbləğdə olan kreditlərə görə fiziki şəxslərə kompensasiya ödənməsi nəzərdə tutulurdu. Sənəddə həmçinin 17 min manata qədər olan problemli manat kreditlərinin restrukturizasiyası üçün Mərkəzi Bank tərəfindən banklara 600 milyon manat həcmində güzəştli kreditlərin ayrılması qeyd olunurdu.

Prezidentin iştirakı ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun verdiyi məlumata görə, prezident fərmanının xarici valyutalı kreditlərə görə kompensasiyanın ödənməsini nəzərdə tutan birinci hissəsinin icrası başa çatdırılıb: “Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Sizin Fərmanınız və təşəbbüsünüzlə kompensasiya olunması prosesi tam başa çatıbdır, bu vəsaitlər əhaliyə ödənilibdir. Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıb. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik”.

Maraqlıdır ki, fərmanın icrası çərçivəsində xarici valyutada olan kreditlərə görə fiziki şəxslərə 600 milyon manatdan yuxarı kompensasiya ödənsə də, problemli kreditlərin həcmində ciddi azalma baş verməyib. Belə ki, Mərkəzi Bankın məlumatına görə, problemli kreditlərin həcmi bu il iyulun 1-nə 1 486,5 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,5 faiz azdır. Bu il martın 1-də isə Azərbaycanda 1 milyard 574,7 milyon manat həcmində vaxtı keçmiş kredit qeydə alınıb. Bu isə prezident fərmanının icrası nəticəsində problemli kreditlərin həcmində azalmanın kifayət qədər kiçik olduğunu göstərir.

Rəsmi rəqəmlərə görə, ilin əvvəlinə nisbətən problemli kreditlər 6,2 faiz, son 1 ildə isə 14,85 faiz azalıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 11 faiz olub. Bu nisbət mayın sonuna 11,3 faiz, ötən ilin sonuna 12,2 faiz, ötən il iyunun sonuna isə 14,4 faiz təşkil edib.

Martın 1-nə ölkədə xarici valyutada 4 milyard 807,6 milyon manat kredit olub. Bunun 792,4 milyon manatı problemli kredit idi.

Prezident fərmanı ilə bağlı verilən rəsmi açıqlamalarda qeyd olunurdu ki, 10 min dollara qədər olan kreditlər xarici valyutada olan ümumi kredit portfelinin 92 faizini, 17 min manata qədər olan kreditlər isə manatla ümumi kredit portfelinin 99 faizini əhatə edir. Bunların 5 min manata qədər olanlar 82 faiz təşkil edir. Kreditlərin böyük hissəsi istehlak kreditləridir. Ölkədə fəaliyyət göstərən 8 bank istehlak kreditlərinin 80-90 faizini verib.

Gözləntilərə rəğmən, problemli kreditlərin məbləğində ciddi azalmanın baş verməməsinin səbəbi nədir? 400 min nəfərdən çox fiziki şəxs xarici valyutada olan kreditə görə kompensasiya aldı. Bu halda, qalan 1,5 milyard manata qədər problemli kredit kimlərdədir?

Sualları cavablandıran hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a bildirdiyinə görə, problemli kreditlərin azalmamasının bir səbəbi bağlanmış banklar üzrə xarici valyutada olan kreditlərə görə kompensasiya ödənişinin başa çatmamasıdır: “Bağlanmayan banklarda da belə problemlər var, amma əsas çətinliklər bağlanan banklardadır. Bu bankların idarəçisi olan Əmanətlərin Sığortalanması Fondu özünə çatacaq məbləği də almayıb. Məndə olan məlumata görə, bunun səbəbi budur ki, kompensasiya olunacaq kreditlərin həcmi ilə bağlı ölkə rəhbərliyinə yanlış məlumat verilib. Yəni hesablama dəqiq olmayıb, fərmanın icrasında məlum olub ki, məbləğ 600 milyon manatdan xeyli yüksək alınır. İndi bunu gizlətmək üçün Əmanətlərin Sığortalanması Fondu bağlanan banklar üzrə kompensasiyaların ödənişini həyata keçirmir”.

Problemli kreditlərin yüksək olaraq qalmasının başqa bir səbəbi fərmanın ikinci hissəsinin icrasına başlanmamasıdır: “İkinci hissə, bildiyiniz kimi, milli valyutada 17 min manata qədər olan problemli kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Fərmanda banklara belə kreditlər üzrə faizləri güzəştə getmək və kredit müddətini 5 illiyə uzatmaq tövsiyə olunur. Bu məsələdə bir çox hallarda banklar güzəştə getmək istəmirlər. Eyni zamanda əldə etdiyim məlumata görə, Mərkəzi Bank da restrukturizasiya üçün nəzərdə tutulan məbləğlərin banklara ödənişini ləngidir. Bu da fərmanın icrası prosesinin ləngiməsinə, problemli kreditlərin yüksək olaraq qalmasına səbəb olur”.

Ə.Həsənovun sözlərinə görə, problemli kreditlərin əhəmiyyətli şəkildə azalmamasının üçüncü mühüm səbəbi onların əsas hissəsinin iri məbləğli kreditlərdən ibarət olmasıdır: “Əvvəllər də demişəm ki, bugünkü problemli kreditlərin mühüm bir hissəsi bank rəhbərlərinə yaxın olan ayrı-ayrı şəxslərə verilmiş kreditlərdir. 5-10-15 milyon manat həcmində olan bu kreditlər cüzi faizlə, uzun müddətə və faktiki olaraq girov təminatı olmadan verilib. Elə kredit var ki, 10 manatlıq kapitalı olan, reallıqda heç bir fəaliyyəti olmayan şirkətə 35 milyon manat kredit yazılıb. Şirkət deyir ki, əslində ona heç bir kredit verilməyib - yəni pul bankdan çıxmayıb. Sadəcə, 35 milyon manatın bankın balansında görünməsi üçün kredit rəsmiləşdirilib. Yəni bu gün problemli kredit kimi görünən yüz milyonlarla manat bu formada verilən kreditlərdir. Və bu kreditlərin qaytarılmasının çox asan yolu var. Tanınmış və vicdanlı bank mütəxəssisləri, iqtisadçılar və jurnalistlərdən ibarət xüsusi komissiya yaradılır. Komissiyanın hansı kreditin bank rəhbərliyi tərəfindən mənimsənildiyini müəyyənləşdirməsi cəmi bir saat aparacaq: həddən artıq aşağı faizlə, uzun müddətə və təminatsız verilmiş bütün kreditlər bu kateqoriyadandır. Bunları müəyyənləşdirdikdən sonra sənədlər ötürülür hüquq-mühafizə orqanlarına və bank rəhbərliyi həmin vəsaitləri geri qaytarmağa məcbur edilir”.

Xatırladaq ki, fiziki şəxslərlə bağlı fərmandan sonra biznes kreditləri ilə bağlı da müvafiq addımın atılacağı nəzərdə tutulurdu. Ekspert hesab edir ki, bu şəraitdə dövlətin biznes kreditlərinə görə kompensasiya ödənişini üzərinə götürməsi məqsədəuyğun deyil: “Əsl biznes kreditlərini müəyyənləşdirərək, onların restrukturizasiyası üçün dövlət tərəfindən banklara dəstək verilməsi daha realdır. Nəyə görə bank sahibləri və inzibatçılarının mənimsədiyi pullara görə dövlət yükün altına girməlidir ki? Bunu yalnız real biznesə verilmiş kreditlər üzrə etmək mümkündür”...
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb