Problemlərə biganə hökumət qurumları - Rəhbərləri görür və susurlar…
Iqtisadiyyat
Oxunub: 741
16 avq 2019 | 22:22
Problemlərə biganə hökumət qurumları - Rəhbərləri görür və susurlar…

Neft gəlirləri ölkəmizin iqtisadi inkişafını şərtləndirən əsas amildir.

Bu gəlirlərin nəticəsində əhalinin rifah səviyyəsində müəyyən inkişafın olduğu danılmazdır. Paytaxt Bakı, təqribən 20 il əvvəlki ilə müqayisədə xeyli gözəlləşib. Amma bu müddətə dəyişməyən və daha da geriyə doğru addımlayan bir sahə var ki, bu da əsasən xidmət sektorudur. Digər tərəfdən, hökumət orqanlarının əhalinin problemlərinə yanaşmasında illər əəvlkindən fərqli münasibət hiss olunmur. Halbuki bu illər ərzində çox şey, o cümlədən tələblər dəyişib.

Vətəndaşların problemləri səhər evdən çıxan zamandan başlanır. Dəqiqələrlə dayanacaqlarda marşrut avtobusları gözləyəndən sonra sıxlıq müşahidə olunan, natəmiz, özü yeni olsa da, xidməti köhnə olan avtobuslara minmək məcburiyyətində qalırıq. İntervalın düzgün müəyyənləşdirilməməsi səbəbindən sürücü və sərnişin aqresivliyinin, bəzən mübahisə və dava-dalaşın şahidinə, bəzən də iştirakçısına çevrilirik. Daha sonra isə bizi Bakı metronun havasız və qoxulu vaqonlarında yolumuzu davam etdirmək gözləyir.

Yorğun iş günündən sonra günün ”pik” saatlarının xüsusi problemləri də bunun üstünə gəlir. Avtobusdakı sıxlıq problemini yollardakı tixac da müşayiət etməyə başlayır. Bunun nəticəsində axşam saat 17.00- 18.00-da işdən çıxan məşğul əhali 20.00-21.00-də evə çatmalı olur. Bunlar problemlərin ancaq bir hissəsidir. Min bir əziyyətlə mənzil başına çatan vətəndaşı işığın yanmaması, qazın kəsilməsi, suyun verilməməsi kimi bu sahəyə rəhbərlik edənlərin nəzərində “adi problemlər” də gözləyir ki, üst-üstə qalaqlananda əsəbləri tarıma çəkən mənzərə yaranır. Problemlər mətbuatda və sosial şəbəkələrdə gündəlik olaraq yer alır. Hər gün müxtəlif hadisələr, problemlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin, “Bakı Metropoliteni” QSC-nin, “Azərışıq”, “Azəriqaz”ın adı mətbuatda və sosial şəbəkələrdə çəkilir.

Bura “AZAL” Hava Yolları şirkətinin yaratdığı bahalıq və monopoliyadan ciddi narazılığı da əlavə edə bilərik. “AZAL”da təyyarə biletlərinin baha olması səbəbindən vətəndaşlarımız qonşu ölkələrdən tranzit olaraq istifadə edir. Nəticədə vətəndaşlarımız yolda vaxt itirir, əzab-əziyyət çəkir və külli miqdarda vəsait Azərbaycandan “axır”. Qeyd etmək yerinə düşər ki, bilet qiymətləri baha olan “Azərbaycan Dəmir Yolları” QSC-nin isə zərəri hələ ötən ilin birinci yarısına olan məlumatllara görə 1 milyard manatı keçib. Bu kimi problemləri işıqlandıran mətbuat orqanları əlaqədar qurumlara sorğu göndərir, sosial şəbəkələrdə problemlə bağlı video və ya məlumatlar hökumət orqanlarının nümayəndələrinin “tag edilməsi” ilə paylaşılır. Yəni, əgər əvvəlki illərdə icra və xidmət orqanlarının rəhbərləri problemlərdən xəbərsiz olduqlarını bəhanə gətirə bilirdilərsə, indi bu bəhanələr inandırıcı görünmür. “Metropoliten” rəhbərliyi qatarlardakı havasızlıqdan, bunun nəticəsində sərnişinlərin halının pisləşməsindən, Bakı Nəqliyyat Agentliyinin başbilənləri avtobuslardakı sıxlıqdan, yollardakı tıxaclardan, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin səlahiyyətliləri magistral yolların yararsızlığından, digər komunal xidmət qurumları yararsız xidmətlərindən özləri də xəbərdardır. Amma durumdan xəbərdar olmaları da illərdir mövcud vəziyyət dəyişmir.

Sual olunur ki, nəyə görə xidmət sektorunda əhalinin şikayətlərini nəzərə almır?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında xidmət sektorunda narazılıqların nəzərə alınmamasının əsas səbəblərinə toxunub:

“Səbəblərdən biri odur ki, vətəndaşların iradəsinin bu sahələrə təsiri yoxdur. Dünyada belə bir mexanizm mövcuddur ki, əsasən xidmət sahələri cəmiyyətin tələblərinə uyğun qurulur. Amma bu sahə inzibati tələblərə uyğun qurulmur, cəmiyyətin tələbini hökumət şirkətlərə diktə edir. Xidmət sektorları özəldir və istənilən mümkün xidmətin alternativi var. Məsələn, əgər biz hansısa nəqliyyat, su və s sahələrin xidmətindən narazıyıqsa, həmin şirkətlərə bununla bağlı müraciət edən zaman problemin aradan qalxmadığını gördükdə, alternativi seçirik. Həmin alternativ şirkət isə çalışır ki, birincidən daha yaxşı fəaliyyət göstərsin ki, əhali onu seçsin”.

İqtisadçı deyir ki, Azərbaycanın nəqliyyat sektorunda şirkətlər özəl olsa da, bu sahə monopoliyadadır:

“Alternativ nəqliyyat şirkətlərinin olmasına baxmayaraq, son illərdə yaradılan “BakuBus” istisna olmaqla, hamısı eyni qayda ilə çalışır. Bəzən isə bir istiqamətdə yalnız bir marşrut fəaliyyət göstərir. Əvvəla, şirkətlərin hamısı özəlləşdirilməlidir ki, problem yarananda hökumət şirkətin deyil, vətəndaşın tərəfində dayansın. Şirkət hökumətə məxsus olduqda, hökumət onu müdafiə etməyə məcbur olur”.

Akif Nəsirlinin deyir ki, dünyada işləyən sadə mexanizmin Azərbaycanda da olması üçün lazım olan addımlar atılmalıdır:

”Xidmət sektoru özəlləşdirilməli və qanuna belə bir bənd də əlavə edilməlidir ki, bir şirkət hansısa bir sahənin, məsələn, 10 faizindən artığını ala bilməsin. Belə olduqda bir sahədə, 10 şirkət fəaliyyət göstərmiş olur. Onların arasında normal rəqabət yaranır. Bu alternativsiz formada satılarsa, monopoliya indikindən daha eybəcər şərait yarada bilər. İndiki halda hökumətin təsiri olduğu halda, həmin vəziyyətdə bu da mümkün olmayacaq”.

İqtisadçı deyir ki, dünya təcrübəsində yanğınsöndürmə xidməti və Metropoliten hökumətin nəzarətində olur:

“Metroda stansiyaların sayı 50-ni keçənə qədər xidmət səmərəli olmur. Bakıda stansiyaların sayı bu qədər deyil. Bu baxımdan, metronun özəlləşdirilməsi yaxın zamanlarda səmərəli ola bilməz. Amma bu iki sahədən başqa bütün sahələr özəlləşdirilməli və bölüşdürülməlidir”.

Hava yolları xidmətinə gəlincə, Akif Nəsirli deyir ki, “AZAL” da hökumətin nəzarətində, eyni zamanda monopolist qurum olduğu üçün vəziyyət ürəkaçan deyil:

“Kutaisi şəhərindən müəyyən məsafəyə uçan təyyarələrə bilet Gürcüstanda 70, Azərbaycanda isə 500 dollardır. Azərbaycan hava yollarının monopolist bir quruma verilməsi həm də turizmi səmərəsizləşdirir. Bu yaxınlarda Bakıda UEFA kubokunun final oyunu keçirildi. Oyuna baxmaq istəyən turistlərin böyük əksəriyyəti biletlərin baha olması, birbaşa biletlərin olmaması səbəbindən Azərbaycana gəlmədi. Saakaşvilinin dövründə bu təcrübə Gürcüstanda tətbiq edilib. Hesab edirəm ki, “AZAL”ın şərtlərini yumşaltmaqla, xarici şirkətləri Azərbaycana cəlb etmək olar. Sərnişinlərə olduğu kimi, təyyarələrə də xidmət aşırı dərəcədə bahadır. Avropadan Şərqə uşan təyyarələrin heç 10 faizi Heydər Əliyev adına Hava Limanında yanacaq doldurmur. Amma Gürcüstanın bütün aeroportları 24 saat növbəlilik sistemi ilə təyyarə qəbul edir. Azərbaycanın neft istehsal edən ölkə olmasına baxmayaraq, Gürcüstanda yanacaq doldurmaq 2-3 dəfə ucuzdur. Bu cür problemlər aradan qaldırılmalıdır”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...